Gürcü nazir: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
Tarix: 13.10.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“Azərbaycan bizim strateji tərəfdaşımızdır”. Bu sözləri Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib. O, son vaxtlar Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara münasibət bildirib: "Biz əvvəllər də "Qazprom"un Gürcüstan ərazisindən Ermənistana keçən qaz boru kəmərindən təbii qaz almışıq və indi bu qazı kommersiya obyektlərinə verəcəyimiz barədə razılıq əldə edilib", Kaladze vurğulayıb.
Jurnalistlər K.Kaladzedən Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri zamanı baş nazirin müavini kimi onunla birlikdə səfərdə nə üçün olmadığını və ola bilər ki, "SOCAR" qaz idxalı məsələsində daha yaxşı imkan təklif etdiyini soruşublar. K. Kaladze açıqlamasında qeyd edib ki, əgər daha yüksək şərait olarsa, bu hamı üçün sərfəli ola bilər. "Rəqabət haqqında danışmaq mənim üçün düzgün deyil, çünki Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bu hamıya məlumdur. Burada söhbət kommersiya qazından gedir. Məlum olduğu kimi, kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkət Azərbaycana, Rusiyaya, İrana, Türkiyəyə, Ermənistana gedə bilər və uyğun qiymətlə təbii qaz idxal edə bilər. Buna heç bir məhdudiyyət qoyulmur və qoyulmayacaq," Kaladze bildirib.
Gürcüstanın energetika nazirinin sözlərinə görə, "Qazprom"un təbii qazının qiymətinin neçə olacağı ona məlum deyil. Kaxa Kaladzeqiymətlərin 190 dollar olduğunu və 315 dollaradək yüksəldiyini bildirib: "Bu gün Avropada qiymət 350 dollardır və hesab edirəm ki, bu çox bahadır. Əgər, "Qazprom"un satdığı qaz sərfəli olarsa, fikirləşirəm ki, bu qiymət kommersiya obyektləri üçün maraqlı olacaq," Kaladze bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info