“Belarusda hər hansı iftiranın və destabilləşdirmə mənbəyinin qarşısını almağı öyrənmişik”
Tarix: 13.10.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə vəziyyəti destabilləşdirmək üçün xeyli cəhdlər olub. O, bu barədə sonra danışacağına söz verib. BELTA-nın verdiyi xəbərə görə, bunu dövlət başçısı MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevlə söhbətində deyib. Aleksandr Lukaşenko qeyd edib ki, ölkədəki vəziyyətə görə narahat olub. “Cəhdlər çox oldu, lakin bunu heç kim eşitmədi və heç kim görmədi, deməli, biz sakit işləməyi, Belarusda hər hansı iftiranın və hətta destabilləşdirmə mənbəyinin qarşısını almağı öyrənmişik”, - deyə o bildirib. A.Lukaşenko əlavə edib ki, vaxt gələcək, biz bu cəhdlər haqqında danışacağıq, onu insanlara göstərəcəyik, qoy onlar bilsinlər.
Prezident seçkiləri kampaniyasından danışan A.Lukaşenko vurğulayıb ki, heç kəsin, xüsusilə qərb partnyorlarımızın, müşahidəçilərimizin bizi məzəmmət etməməsi üçün mümkün olan hər şey edilib. Belarus lideri deyib: “Mən dünən açıq şəkildə deməli oldum. Biz elə eləmədik ki, Qərb, nəhayət, Belarusda demokratikliyi görsün. Sözün açığı, onlar bunu gördülər. Bunu necə çatdırmaq isə öz işləridir”.
Prezident MDB müşahidə missiyasına onların apardıqları böyük işə və obyektivliyə görə təşəkkür edib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB PA tərkibində müşahidəçi kimi Belarusda prezident seçkilərini izləyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info