“Ölkədə azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimiz üçün zəruridir”
Tarix: 13.10.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı tədbir keçirilib.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə keçən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin bölgələrdəki nümayəndələri, QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, iştirak ediblər.
Allahşükür Paşazadə tədbirin əvvəlində İdarənin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, ona qiymətli hədiyyə verib.
Sonra Şeyxülislam QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, Azərbaycanda əhalinin 30 faizə qədəri sünni, 60 faizdən çoxu şiədir. Bu faiz nisbətinə baxmayaraq, təqvim hər iki təriqətin nümayəndələrinin birgə məsləhəti ilə yerli coğrafiyaya uyğun hazırlanıb.
Onun sözlərinə görə, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən olduqca vacib məsələdir: “Ölkəmizin ərazisində elmi şəkildə əsaslandırılmış, yerləşdiyimiz coğrafi məkana uyğun şəkildə, hər bir bölgəmizi nəzərə almaqla azan, namaz, dini bayramların vaxtlarının müəyyən edilərək dindarlara çatdırılması dini mərkəz kimi bizim üçün olduqca əhəmiyyətli məsələdir. Ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir”.
Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Şamaxı Rəsədxanası ilə birgə tərtib etdiyi dini təqvimlərə riayət etməyənlərin cəzalandırılması ilə bağlı da çağırış edib.
Şeyxülislam bildirib ki, bu qaydaları pozanlar ölkədə ayrı-seçkilik salmaq istəyənlərdir ki, bu da dövlətçilik əleyhinə çıxmaq və parçalanma deməkdir.
A. Paşazadə təklif edib ki, QMİ-nin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıq şəraitində ölkə ərazisində azanın verilməsi ilə bağlı QMİ-nin və Şamaxı Rəsədxanasının birlikdə hazırladıqları təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirsinlər və bu təqvimə əməl etməyənlər cəzalandırılsın: “Bunun əleyhinə çıxan məscidlər və ya başqa qüvvələr ölkədə parçalanma yaratmaq istəyənlərdir”.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info