Dövlət Məşğulluq Xidməti: “9 ayda 22,5 min nəfər işlə təmin olunub”
Tarix: 13.10.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) ölkəmizdə daim artan məşğulluq imkanlarından səmərəli istifadə olunmaqla işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində cari ilin yanvar-sentyabr aylarında da məqsədyönlü tədbirlər həyata keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hesabat dövründə DMX tərəfindən ümumilikdə 22 470 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin edilib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluq imkanlarının artırılması üçün onların peşə bacarıqlarının inkişaf etdirilməsi diqqətdə saxlanılıb.
Bu ilin 9 ayında DMX 2 776 nəfər vətəndaşı kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərin yiyələndikləri peşələr üzrə münasib iş yerləri ilə təmin olunması üçün müvafiq işlər də görülüb.
Yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki “Əmək Birjaları” vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfərini qadınlar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info