İlk dəfə səs verəcək gənclər seçicinin hüquq və vəzifələri barədə məlumatlandırılıblar
Tarix: 13.10.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionun gənc seçicisi” layihəsi çərçivəsində Quzanlı qəsəbəsində maarifləndirmə tədbiri təşkil edib.
Rayon ictimaiyyətinin nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü Zahid Əkbərov çıxış edərək, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır.
Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev və digər çıxış edənlər seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıblar.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanıb.
Beş gün davam edəcək layihə çərçivəsində Bərdə və Tərtər rayonlarında da təlimlər keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info