“Obama İranla bağlı iflasa uğramış siyasətindən imtina etməlidir”
Tarix: 13.10.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq yeni nəsil uzaq mənzilli raketlərin sınağını keçirib”.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri, respublikaçı Con Makkeyn bəyan edib.
“ABŞ administrasiyasının İranla nüvə sazişini imzalamasından bir neçə ay keçib. Obama və Kerrinin iddialarına rəğmən İranda ABŞ-a münasibətdə sərt kursun tərəfdarlarının zəifləməsi, mötədil təbəqənin isə güclənməsi baş verməyib”.

Senator bildirib ki, ötən bir neçə həftə ərzində İran Bəşər Əsədə yardım məqsədilə Suriyaya yüzlərlə silahlı birləşmələr göndərib. Onun sözlərinə görə, İran yaxın vaxtlarda Rusiyadan S-300 zenit raket kompleksləri almağı planlaşdırır:
“Prezident İran hakimiyyətinə güzəşt etmək kimi iflasa uğramış siyasətindən imtina etməli və ona qarşı olmaq üçün daha çox əmək sərf etməlidir”.
Xatırladaq ki, İran və “altılıq” (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) ölkələri arasında İranın nüvə sazişinə dair birgə fəaliyyət planı bu ilin iyulun 14-də imzalanıb. Plana əsasən, İran nüvə silahının hazırlanmasından imtina edir, 15 il ərzində uranı zənginləşdirməyəcəyinə və nüvə obyektlərinin tamamilə sülh məqsədilə istifadə edəcəyinə dair üzərinə öhdəliklər götürür. Yaxın vaxtlarda sanksiyaların ləğvinin başlanacağı gözlənilir. Lakin BMT TŞ tərəfindən tətbiq edilmiş silah embarqosu 5 il ərzində qüvvədə saxlanılacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri isə 25 il ərzində nüvə obyektlərinin monitorinqini həyata keçirəcəklər.
Qeyd edək ki, şərtlərin pozulacağı təqdirdə, sanksiyalar yenidən bərpa olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info