“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqsız olaraq uzun müddət diqqətdən kənarda qalmışdı”
Tarix: 13.10.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan və İran 153 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər”. Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu yolun layihəsi hələ yoxdur: “İran tərəfi onun tikintisini planlaşdırıb və bu məqsədlər üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəlmişik”.
C. Qurbanov qeyd edib ki, “Şimal-Cənub” layihəsinin reallaşdırılması çərçivəsində, ilk növbədə Azərbaycan və İranın dəmir yollarını birləşdirmək planlaşdırılır: “İlkin mərhələdə Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətinin və sərhəd körpünün birgə tikintisi planlaşdırılıb. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətinin İran sahəsinin uzunluğu 2 kilometrdir, müqaviləyə uyğun olaraq, onun tikintisilə İran tərəfi məşğul olacaq. Yolun Azərbaycan hissəsisinin uzunluğu 8 kilometrdən uzundur və onun tikintisilə bizim tərəf məşğul olacaq. Həmçinin, 100 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi planlaşdırlır. Biz artıq körpünün tikinti ərazisini müəyyənləşdirmişik və xüsusi nişanlanma işlərini aparmışıq”.
QSC sədri əlavə edib ki, bu layihə Azərbaycana böyük gəlirlər gətirə bilər, buna görə də onun reallaşdırılması əsas prioritetlərdən biridir: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqsız olaraq uzun müddət diqqətdən kənarda qalmışdı. Bu dəhliz İran, Əfqanıstan və Fars körfəzi ölkələrini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyə və ölkəmizin gəlirlərinin xeyli artırmağa imkan verəcək. Buna görə də bu marşrutu inkişaf etdirmək çox vacibdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info