Bu il 540-a yaxın kiçik dövlət müəssisəsi özəlləşdirilib
Tarix: 13.10.2015 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


13 oktyabrda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitə sədri Kərəm Həsənov giriş sözü ilə müşavirəni açıq elan edərək qeyd edib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb: “Bu isə, öz növbəsində sənədləşdirmə prosesində rahatlıq, operativlik və şəffaflığın kifayət qədər artmasına səbəb olmaqdadır. “Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə 3 SMS xidmət istifadəyə verilib. Qeyd edək ki, ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 260 minə yaxın elektron müraciət daxil olub.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 5000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 74500-dən çox müraciət qəbul edilib”.
Bildirilib ki, dövlət başçsının tapşırıqlarına əsasən ölkə üzrə torpaqların elektron uçotunun aparılması məqsədilə Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb.
Qeyd olunub ki, torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası ilə bağlı cari ilin iyul-avqust aylarında respublika üzrə regional İşgüzar Forumlar keçirilib. Komitənin İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi istiqamətində tədbirlər davam etdirilib. Beynəlxalq və yerli ekspertlər tərəfindən Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Müşavirədə qeyd olunub ki, 2015-ci ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.
İllik xüsusi hesabat formasını təqdim etməli olan səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5800-dən çox illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4400-ə yaxını isə elektron formada təqdim edilib. 220-dən çox səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.
Müşavirədə bildirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin həyata keçirilməsinə başlanıb.
Respublika üzrə torpaq sahələrində, müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarının aşkar olunması məqsədilə yoxlamalar həyata keçirilib. Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. Zəbtolunma, qeyri-qanuni və ya təyinatına zidd istifadə halları ilə bağlı sərt cəza tədbirləri həyata keçirilir. Belə ki, 140 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb. Bu barədə qərar qəbul edilərək 151789 manat cərimə tətbiq olunub.
2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 28 minə yaxını ilkin, 117 mindən çoxu isə təkrar qeydiyyata aid olub. Hesabat dövründə 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 70 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 98 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Qeyd edilib ki, hazırda ölkənin bütün ərazisinin elektron kadastr xəritələri hazırlanması istiqamətində işlər aparılır. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri icra olunur. 2016-cı ilin aprel ayında Gəncə və Şəki üzrə mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq.
Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.
2015-ci ilin yanvar-sentyabr aylarında komitə sədri tərəfindən regionlarda keçirilmiş 9 vətəndaş qəbulunda 359 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.
Komitə sədri müşavirədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib. Torpaq münasibətləri və mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqində, torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsində daha səmərəli və operativ tədbirlərin görülməsi tapşırılıb.
Daşınmaz əmlakın, o cümlədən torpaqların qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlar səsləndirilib. Qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqinin tam təmin olunması, vətəndaşların müraciətlərinin operativ həll edilməsi barədə tapşırıqlar verilib. Tapşırılıb ki, torpaqların elektron uçotu sisteminin yaradılması ilə bağlı işlər sürətləndirilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi işinə nəzarət təmin olunmalıdır. Torpaq sahələrindən təyinatına zidd və əsassız istifadə, zəbtolunma hallarının qarşısı alınmalı, mühafizəsi və qorunması istiqamətində nəzarət tədbirləri gücləndirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində sosial amillərin təmin olunması diqqətdə saxlanılmalıdır. Kadr potensialının gücləndirilməsi, xidmət şəraitinin və işçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində daha operativ tədbirlər həyata keçirilməlidir.
Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxışları olub və verilən suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info