İmişlidə Şəkər bayramı
Tarix: 13.10.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Oktyabr ayının 12-də İmişli rayonunda cari şəkər çuğunduru yığım mövsümünün nəticələrinə həsr olunan Şəkər bayramı keçirilib. Tədbirdə rayon icra hakimiyyəti və "Azərsun Holdinq" rəhbərliyi, millət vəkilləri, diplomatik korpus nümayəndələri, rayon sakinləri və şəkər çuğunduru becərdən fermerlər iştirak ediblər.
İlk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri Vilyam Hacıyev və “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon ictimaiyyətinin və geniş əhali kütləsinin iştirakı ilə rayonda yerləşən Heydər Əliyev parkında davam edib.
Sakinlər qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə və xüsusi ilə regionlarda olan sosial-iqtisadi inkişafdan bəhs edib, İmişli rayonunda da aparılan quruculuq işlərindən ətraflı məlumat verib. İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb, məhz “Azərsun Holdinq”ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevrildiyini xüsusi vurğulayıb.
“Azərsun Holdinq”in baş direktoru Savaş Uzan çıxışında hər kəsi bayram münasibətilə təbrik edərək, 2015-ci ilin cənab Prezident tərəfindən "Kənd təsərrüfatı" ili elan olunduğunu xatırladaraq bu il şəkər çuğunduru əkin ərazilərinin və məhsuldarlığın artmasını sevindirici hal kimi dəyərləndirib. Məhz bu ildə Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində ikinci yem fabrikinin istifadəyə verilməsi də xüsusi önəm daşıdığını qeyd edib.
Cari mövsümdə şəkər çuğunduru əkinlərində ən yüksək məhsul əldə edən 19 torpaq mülkiyyətçisi Azərsun Holdinq tərəfindən mükafatlandırılıb. 1-ci yerin qalibinə 1 ton şəkər hədiyyə edilib. Bu da öz növbəsinə şəkər çuğunduru əkinlərinin ilbəil artırılmasına öz müsbət töhfəsini verir. Bədii proqram incəsənət xadimlərinin rəngarəng çıxışları ilə davam edib.
Onu da qeyd etmək lazımdır ki , Şəkər bayramı ərəfəsində İmişlinin Hacirüstəmli kəndində Azərsun Holdinq tərəfindən xəstəxana inşa edilərək, kənd sakinlərinin istifadəsini verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info