Ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb
Tarix: 13.10.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Ölkəmizdə bütün sosial proqramlar kimi, aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsinə yönələn ünvanlı dövlət sosial yardım proqramı da uğurla davam etdirilir. Cari ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Həmin yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb ki, bu da əhalinin rifah səviyyəsinin getdikcə yaxşılaşması ilə yanaşı, sosial yardımların təyinatında şəffaflıq və ünvanlılıq, sosial ədalət prinsiplərinin təmin olunması üçün görülən təsirli tədbirlərin müsbət nəticəsidir. Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artmaqda davam edir. Hazırda ölkədə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir. Bu yardımları alan ailələrin 32558-i tərkibində 3 və daha çox uşağı olanlardır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 mart 2015-ci il tarixli Sərəncamına əsasən, həmin vaxtdan etibarən ünvanlı dövlət sosial yardımları artıq bir il deyil, iki illik müddətə təyin olunur ki, bu da aztəminatlı ailələrin təkrar olaraq ünvanlı yardım almaq üçün hər il yenidən sənəd toplamaq çətinliyinin aradan qalxmasına, yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının azalmasına imkan verib.
Habelə dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq, ötən müddətdə Azərbaycanda ünvanlı dövlət sosial yardım sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması uçun mükəmməl proqram təminatlarına söykənən texniki infrastruktur və bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanıb. Ünvanlı yardım üçün müraciət edilməsi, müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüquqlarına baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesi vətəndaş-məmur təmasları olmadan, elektron qaydada həyata keçiriləcək. Yaxın vaxtlarda ölkəmizə məxsus olan və neqativ hallara şəraitin mümkün olmadığı belə bir sistemin tətbiq olunması nəticəsində vətəndaşlar bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətə geniş çıxış imkanları əldə edəcəklər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info