Ermənilərin toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlandı
Tarix: 13.10.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın BMT yanındakı nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasimini atəşə tutması ilə əlaqədar BMT baş katibinə məktub ünvanlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının A/69/1028-S/2015/704 saylı rəsmi sənədi kimi yayılıb.
Məktubda 1 sentyabr 2015-ci il tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki mövqeyindən məqsədli şəkildə Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasiminin atəşə tutulması nəticəsində bir azyaşlı uşaq da daxil olmaqla, üç mülki şəxsin yaralandığı bildirilir.
Məktubda Ermənistan silahlı qüvvələri tərəfindən toy mərasiminin atəşə tutulması, birbaşa mülki şəxslərin hədəfə alınmasının Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu bildirilir və beynəlxalq cinayət hüququna əsasən hərbi cinayət olduğu qeyd edilir.
Ermənistan tərəfindən mülki şəxslərin atəşə tutulmasının yeni hal olmadığı qeyd edilərək, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz əsnasında Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsirgötürmə, hərbi əsirlərə və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədildiyi haqqında məlumat verilir. Bu xüsusda, Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın qeyd edilir.
Məktubda həmçinin bu kimi cinayətlərin təsadüfi olmadığı, Ermənistan tərəfindən irqi və etnik ayrı-seçkilik, nifrət və ərazi istilası kimi məkrli ideyalar əsasında yürüdülən sistemli siyasətin tərkib hissəsi olduğu bildirilir. Atəşkəs rejiminin mütəmadi əsasda pozulması və mülki Azərbaycan əhalisinin silahlı hücumlara məruz qalmasının Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmamasının əyani sübutu olduğu qeyd olunaraq, Ermənistanın əsl niyyətinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə cari status-kvonu saxlamaq olduğu diqqətə çatdırılır.
Sənəddə bildirilir: “Mülki şəxslərin müdafiəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyində daim əsas məsələlərdən biri olması və beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiə dairəsini genişləndirmək və qırğınları azaltmaq istəyinin fonunda Ermənistan hüquqi öhdəliklərinə məhəl qoymur və mülki şəxslərin qətlini hədəfləyən siyasət yürüdür. Buna son qoyulmalıdır”.
Sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəti addımların atılmalı olduğu vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info