Məktəbli və tələbələrimiz Kazana təlimə göndərilib
Tarix: 13.10.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycandakı Səfirliyi və “Rossotrudniçestvo” nümayəndəliyinin təşkil etdiyi olimpiadalar və yaradıcı müsabiqələrin qalibləri arasından seçilmiş 35 azərbaycanlı məktəbli və tələbə oktyabrın 12-də Rusiyaya təlim-tədris səfərinə yola düşüb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə əsas təyinat nöqtəsi Kazan şəhəri seçilib və bu əbəs deyildir. Çünki Kazan şəhəri son illər orada keçirilən beynəlxalq, idman və mədəni tədbirlər nəticəsində çox vaxt dünya xəbər lentlərindən düşməyib. Şəhər tanınmaz dərəcədə dəyişilib, lakin tarixi simasını qoruyub saxlayıb. Məktəblilər məhz bu şəhərdə bir neçə gün qalacaq, yaşıdları ilə görüşək, Tatarıstanın digər görməli yerləri ilə də tanış olacaqlar.
Məktəbliləri və tələbələri səfərdə üç təcrübəli pedaqoq - Naxçıvan şəhərinin 3 nömrəli ümumtəhsil məktəbinin direktoru Ülkər Möhsümova, Bakı Slavyan Universitetinin müəllimi Cəmilə Səfərova və Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin uşaq proqramların əlaqələndiricisi Olesya Alyonina müşayiət edirlər.
Qrupun heyətinə Azərbaycanın bir çox şəhər və rayonlardan nümayəndələr daxildir.
Səfər Rusiya Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo” tərəfindən həyata keçirilən “Salam, Rusiya” illik layihə çərçivəsində təşkil olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info