Rusiya və Slovakiya final mərhələsində
Tarix: 13.10.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Avropa Çempionatının seçmə mərhələsində 10-cu turun oyunları keçirilir. C, E və G qruplarında seçmə mərhələnin oyunlarına yekun vurulub.
C qrupunun lideri İspaniya yığması səfərdə Ukraynanın qonağı olub. İspanlar artıq "Avro-2016"nın final mərhələsinə vəsiqəni təmin etdiyindən bu görüş onlar üçün formal xarakter daşıyırdı. Lakin bu matç Ukrayna üçün mühüm əhəmiyyət kəsb edirdi. Ukraynalılar bu oyunda qalib gələcəkləri təqdirdə Avropa Çempionatının final mərhələsinə birbaşa yollanacaqdı. Ancaq ukraynalılar bu işin öhdəsindən gələ bilməyib. Rəqibinə 0:1 hesabı ilə uduzan Ukrayna final mərhələsinə pley-off oyunlarından getməyə çalışacaq.

Qrupun digər matçında Slovakiya səfərdə Lüksembuqa 4:2 hesabı ilə qalib gələrək İspaniyanın ardından Avrpa Çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanan ikinci komanda olub. Digər matçda Belarus evdə Makedoniya ilə 0:0 bərabərə qalıb.
E qrupunda İngiltərə və İsveçrə milliləri artıq "Avro-2016"-nın final mərhələsinə vəsiqəni təmin edib. Son turda İngiltərə səfərdə Litvaya 3:0, İsveçrə isə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Sloveniya səfərdə San Marinoya 2:0 hesabı ilə qalib gəlib.
G qrupunda "Avro-2016"-nın final mərhələsinə birbaşa vəsiqə qazanan Avstriya yığması öz meydanında Lixtenşteynə qalib gəlib - 3:0. Bu qrupda ikinci vəsiqə uğrunda mübarizə Rusiya və İsveç yığmaları arasında gedirdi. Leonid Slutskinin komandası evdə Monteneqroya 2:0 qalib gəlməklə Avstriyanın ardından "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Qeyd edək ki, oyunlardan sonra C qrupunda İspaniya və Slovakiya, E qrupunda İngiltərə və İsveçrə, G qrupunda isə Avstriya və Rusiya birbaşa "Avro-2016"-nın final mərhələsində oynamaq hüququ əldə edib. Qruplarında üçüncü pilləni tutan Ukrayna, Sloveniya və İsveç bu hüquqa yiyələnmək üçün pley-off oyunlarına qalıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info