Sadıq Sadıqov “Neftçi”dən imtina etdi
Tarix: 13.10.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“Öz istəyimlə “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdım. Bu da işlərimin çoxluğu ilə əlaqədardır”. Bu sözləri “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
“Neftçi”nin sabiq prezidenti bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident vəzifəsinə təyin edilməsini əsas gətirərək, futbol klubundan ayrılmaq qərarına gəldiyini söyləyib: “Qarşıda da çox önəmli cüdo yarışları var. Xüsusən də, Yay Olimpiya Oyunlarına hazırlıq işləri çoxluq təşkil edir. Ümumiyyətlə, mən indiyə qədər “Neftçi”nin Müşahidə Şurasının iki iclasında iştirak etmişəm. Bunların biri ilk iclas, digəri isə Emil Mpenza ilə bağlı məsələlərin müzakirəsi zamanı idi. İşlərin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Buna görə də, öz istəyimlə Müşahidə Şurasının üzvlüyündən çıxdım”. Sadıq Sadıqov sonda “Neftçi”yə uğurlar arzulamağı da unutmayıb: “Neftçi”də olduğumuz müddət ərzində böyük uğurlar əldə etdik. Azərbaycan klub futbolu tarixinə qızıl hərflər yazdıq. Bu şansı mənə yaradan insanlara dərin təşəkkürümü bildirirəm. “Neftçi” komandasına bundan sonrakı oyunlarda uğurlar arzu edirəm”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info