Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqə
Tarix: 13.10.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda Müsabiqə Komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir. Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin ərizələri 2015-ci ilin oktyabr ayının 14-dən etibarən bir ay ərzində qəbul ediləcək.
Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə təqdim olunması kifayətdir (ərizə formasını www.justice.gov.az internet səhifəsindən, Nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür). Hazırkı müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini Nazirliyin internet səhifəsi vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb.
Bununla belə, ərizə aşağıda göstərilən ünvanlarda, yaxud poçt vasitəsilə də təqdim edilə bilər:

- Nazirliyin inzibati binasında,
(Bakı şəhəri, İnşaatçılar prospekti 1, tel.: (012) 538-01-62, 537-05-90);
- Şəki regional ədliyyə şöbəsində
(Şəki şəhəri, 20 yanvar küçəsi 94, tel.: (02424) 4-32-18);
- Sumqayıt regional ədliyyə şöbəsində,
(Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11, tel.: (01865) 4-50-91);
- Şirvan regional ədliyyə şöbəsində,
(Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, tel.: (02121) 5-15-66);
- İmişli regional ədliyyə şöbəsində,
(İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, tel.: (02124) 6-26-94);
- Xaçmaz regional ədliyyə şöbəsində,
(Xaçmaz şəhəri, H.Əliyev prospekti 17, tel.: (02332) 5-18-88);
- Göyçay regional ədliyyə şöbəsində,
(Göyçay şəhəri, Nizami küçəsi 111, tel.: (02027) 4-30-41);
- Lənkəran regional ədliyyə şöbəsində,
(Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15, tel.: (02525) 4-26-72);
- Bərdə regional ədliyyə şöbəsində,
(Bərdə şəhəri, H.Əliyev prospekti 77, tel.: (02020) 5-43-07);
- Şəmkir regional ədliyyə şöbəsində,
(Şəmkir şəhəri, H.Əliyev prospekti 2, tel.: (02230) 5-48-81);
- Gəncə regional ədliyyə şöbəsində,
(Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi, tel.: (022) 254-48-21)

Test imtahanından uğur qazanmış namizədlərin "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"nda nəzərdə tutulmuş digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Eyni zamanda bildiririk ki, mövcud təcrübəyə əsasən əvvəlki illərdə olduğu kimi hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.
Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info