“Türkiyənin narahatlıqlarını birgə işimizdə nəzərə almağa hazırıq”
Tarix: 13.10.2015 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Türkiyə Rusiyanın prioritet tərəfdaşlarından və yaxşı dostlarından biridir. Terrorçuluğa qarşı mübarizədə qarşılıqlı münasibətləri necə qurmaq barədə düşünmək lazımdır”. Bunu "Rusiya çağırır" adlı investisiya forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanın uzun illərdir Türkiyə ilə çox mehriban münasibətləri var: “Türkiyə bizim böyük ticarət və iqtisadi tərəfdaşlarımızdan biridir. Təkcə bizim tikinti bazarına baxmaq kifayətdir, son illər bu, milyardlarla ölçülür. Son dövrlər Türkiyənin tikinti firmaları bizim tikinti bazarında 12 milyard dollar əldə edib. Rusiya isə Türkiyəyə böyük həcmdə enerji resursları ixrac edir. Bu ölkədə Rusiyanın böyük enerji və kənd təsərrüfatı layihələri var. Türkiyənin həm kürd faktoru, həm də terrorla mübarizədə çoxlu narahatlıqları var. Biz bunu başa düşürük və sözsüz ki, birgə işimizdə nəzərə almağa hazırıq. Hazırda hərbi qurumlar səviyyəsində əlaqələrimiz mövcuddur. Ümid edirəm ki, bu əlaqələr koordinasiyanın qurulmasına gətirib çıxaracaq. Bu işi ABŞ-la da siyasi səviyyədə qurmaq lazımdır".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info