“Virtual sistem oxunmağa da, oxumağa da şərait yaradır”
Tarix: 14.10.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Raul Məsum: “Adətən, şairlər problemlərini az da olsa böyüdür və bədiiləşdirirlər”
Müsahibimiz Raul Məsum Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin tələbəsdir. Onun aktivliyində şairliyi daha çox özünü büruzə verir. Elə buna görədir ki, tələbələr arasında daha çox şair kimi tanınır. Qeyd edək ki, Raul Məsumun “Ömrün baharı” (2008), “Sonuncu görüş” (2009), “İlahi nurun bir zərrəsiyəm” (2010), “Bir həzin nəğməyəm mən” (2010) və “Göylərə ucalan səs” (2011) adlı kitabları çap olunub.
-Hansı fakültədə oxuyursuz və öyrəndiyiniz sahənin şairliklə nə kimi əlaqəsi var?
-2011-də Şimali Kipr Respublikasının Yaxın Doğu Universitetinə qəbul oldum və üç il Türk dili və ədəbiyyatı fakültəsində oxudum. Elə 2011-in ikinci semestrində oxuduğum vaxt Türk Dünyası Konseyini qurdum və iki il yarım onun sədri kimi fəaliyyət göstərdim. Ona yaxın tədbir, konfrans və poeziya gecələri hazırladım. 2014-ci ildən isə Doğu Akdeniz Universitetinin eyni fakültəsində təhsil alıram.
Öyrəndiyim sahənin şeir və yaxud şairliklə əlaqəsinə qalanda əruzu öyrəndim, milli vəznimiz olan hecanı təkmilləşdirdim. Türk ədəbiyyatının tarixini, türk tarixini də az-çox öyrəndim.
-Bəs nə zamandan şeir yazırsız?
-Mən 2004-cü ildə ilk şeirimi yazmışam. Daha çox atam məni şeir yazmağa ruhlandırdı. O məni diqqətlə dinləyirdi, mənə onu yorduğumu hiss etdirmirdi. İlk şeirim 2006-cı ildə Cəlilabadda “Münasibət” qəzetində çap olundu. Rayonda keçirilən şeir və inşa yarışlarında iki dəfə birincilik də almışam. 2008-ci ildə "Ömrün baharı" adlı ilk kitabım Bakı “Araz” nəşriyyatında Cəlilabad rayon icra başçısı Əziz Əzizovun dəstəyi ilə çap olundu.
-Sizi şeir yazmağa motivasiya edən nədir?
-Mən uşaqlıqdan elə indiyə qədər çox tez inciyən, küsən olmuşam. Elə daha çox nədənsə incidiyim vaxtlarda şeirlərimi yazardım.
-Bir şeirinizdə deyirsiz ki, rəssamın "ümid" boyası, şeh düşəndə itib gedir. Bəs şairlər- də...?
-Son şeirlərimdən biridir haqqında bəhs etdiyiniz o iki misra. Orada rəssam Allahdır təbii ki. "Ümid” boyası şeh düşəndə itib gedir fikrinə gələndə isə bunu deyim ki, son üç dərsim ki, qalmışdı məzun olmağıma, bu arada maddi sıxıntılarla üzləşmişdim və ümidimin azalması daha çox bunu deməyimə nədən olmuşdu.
"Şeh" burada problemlərim idi ki, o da öz növbəsində məni az qala, ruhdan salırdı. Bunu da deyim ki, adətən, şairlər problemlərini az da olsa böyüdür və bədiiləşdirirlər.
-Sizcə, niyə görə "söz sənəti düşüb gözdən batıb gedir"?
-Şeirin son bəndində söz sənətinin batıb getməsini deməyimin də nədəni özümü diqqətdən uzaq hiss etməyim idi. Zaman-zaman sözə, sənətə daima diqqət və qayğı olmuşdur. Son dörd ildə bir kitabımı çap edə bilməməyim məni az da olsa üzür və sözün diqqətdən uzaqda qaldığını mənə hiss etdirirdi.
-Müasir İKT, virtual aləm, innovasiya-bütün bunlar nə dərəcədə imkan verir ki, sözə poetik yanaşasan?
-Müasirlik, virtual sistem, əslində, oxunmağa da, oxumağa da şərait yaradır. İnsan nə qədər oxusa, mütaliə etsə, bir o qədər də bilgisi artar. Eləcə də bir yazarın onu oxuyanlarının olduğunu görməsi də onu yeni-yeni əsərlər yazıb-yaratmağa sövq edər.
-Universitetdə poeziya gecələri keçirirsizmi?
-Əvvəlki üç ildə poeziya gecələri keçirirdim. Ancaq az əvvəl də dediyim kimi, universiteti dəyişdikdən sonra burada ədəbiyyat klubunun rəhbərləri ayrı-ayrı adamlardır və onları maraqlandıran şeylərin nə olduğunu açığını desəm, bilmirəm. Bu bir ildə şeir, sənət gecəsinə rastlamadım. Yadımdadır, 2013-cü ildə Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" adlı bir gecə də hazırlamışdım. Bu işlər olduqca zövqlü və mənalıdır.
-Yeni hansı kitabınız çapdan cıxacaq?
-"Seçilmişlər" adlı yeni kitabım İstanbulda mətbəədədir. Yaxın günlərdə çap olunacaq. Bu kitabda son dörd ildə yazdığım şeirlərim, çap olunmayan şeirlər və daha öncəki kitabdan da bir neçə şeir yer alacaq. Bir poema da yer alır burada.
Fuad Hüseynzadə


Gedir
Bu həyat bir musiqidir,
Oxunduqca bitib gedir.
Rəssamın "ümid" boyası,
Şeh düşəndə itib gedir.
Gedənləri dəstə-dəstə,
Yarı sağlam, yarı xəstə.
Kimiləri ayaq üstə,
Kimiləri yatıb gedir.
Hanı sənin səltənətin,
İlham dolu öz sənətin.
Raul Məsum, söz sənətin,
Düşür gözdən, batıb gedir.
07.10.2015




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info