“Rusiya ABŞ-ın Suriyadakı imkanlarını məhdudlaşdırır”
Tarix: 14.10.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Rusiyanın Suriyadakı münaqişəyə müdaxiləsi bir çox ölkələr, o cümlədən ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Bunu rəsmi şəkildə bəyan edən Obama administrasiyası Rusiya prezidentinin bu addımının gələcəkdə onun özünə qarşı çeviriləcəyini açıq şəkildə bəyan etmişdi. Amerika rəsmilərinin bu bəyanatına istinad edən nüfuzlu "Los Angeles Times" nəşri Putinin bu addımının Suriyadakı vətəndaş müharibəsini öz maraqlarına uyğun dəyişərək, dünyada güclü Rusiya statusunu bərpa etməyə hesablandığını bildirir. Qəzetin yazdığına görə, indi ABŞ nəinki Rusiyanın Suriyada apardığı tələskən müharibəni, həm də onun diplomtik hücumunu da nəzərə almalıdır. Nəticə isə göz önündədir. Rusiya ABŞ-ın müttəfiqi iddia edilən İraqda bəzi tənzimləmələri əldə edib. Təsadüfi deyil ki, bir çox ərəb siyasətçiləri Rusiyaya ölkə ərazilərindəki «İŞİD» qüvvələrinə qarşı hava zərbələri endirməyi təklif edirlər. İraq isə artıq Rusiya və Suriya ilə kəşfiyyat paylaşmasıyla məşğuldur.
Qəzetin iddiasına görə, bunlar hələ hamısı deyil. ABŞ-ın tərəddüdlü və könülsüz cəhdləri, bu ölkədəki «mötədil» üsyançıların «İŞİD»-ə qarşı gücünü artırmaq cəhdi Putinə asanlıqla ən yaxşı strategiyada Bəşər Əsədə dəstək vermək imkanı yaradır:” Kədərli həqiqət budur ki, Vaşinqtonun da bu regionda müvafiq mövqeyinin olmasına baxmayaraq, Obama Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsinin qarşısını ala bilmədi. Hələ də Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Putinin cəhdlərinə qarşı əks-cəhd nümayiş etdirərək «İŞİD»-ə qarşı mübarizədə kursu öz məqsədlərinə doğru dəyişməkdə çətinlik çəkirlər.
Onlar artıq aydın dərk etməyə başlayıblar ki, hər şeyin bir limiti var. Super güc kimi Rusiyanın statusunu bərpa etmək istəyi qarşısında onlar artıq bir şey edə bilmirlər.
Məsələ bundadır ki, ABŞ «İŞİD» üzərindəki qələbəsi üçün Rusiyanın Əsədə dəstək təklifini təkzib edir. ABŞ-ın müdafiə naziri Eşton Karter öz ölkəsinin Rusiya ilə Suriyada fəaliyyətinin yalnız "texniki məsələlər"ini koordinasiya edəcəyini bəyan edir. Bu ilk növbədə, hər iki dövlətin hava qüvvələrinin əməliyyatlar zamanı təhlükəsizliyini təmin etməklə əlaqədardır. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Suriya və İraqda "İŞİD"-in məhv edilməsi istiqamətində öz səylərini davam etdirəcəyini də bəyan edir.
Belə görünür ki, ABŞ-ın başqa seçimi yoxdur. Bu yaxınlarda Obama ABŞ-ın Suriyada Rusiya ilə «müharibə» aparmaq niyyətinin olmadığını bəyan edərkən, o elə bir görkəm almışdı ki, guya bu yaxşı niyyətdən deyil, zərurətdən irəli gələn bir iddiadır. Qeyd edilməlidir ki, hələ «İŞİD»-in meydana gəlməsindən də əvvəl ölkədəki «mötədil» qüvvələrin Əsədə qarşı müxalifliyi şübhəli idi.
Lakin Putin səhv düşünsə belə, iddia edir ki, Bəşər Əsədə müxalif olan qüvvələr, əsasən, terrorçular və ya ekstremistlərdən ibarət idi.
Bu arada, mülki əhalini həm Əsəd, həm də «İŞİD» qüvvələrindən qorumaq üçün Suriyada uçuşa qadağa qoyulmuş bölgə qurmaq təklifi ilə çıxış edən Hillari Klinton bir qədər sonra bunu Rusiyanın razılığı olmadan həyata keçirməyin qeyri-mümkün olduğunu etiraf etmək məcburiyyətində qaldı. O, öz fikirlərini bununla əsaslandırdı ki, belə bir zonanın yaradılması ABŞ və Rusiya arasında birbaşa münaqişənin təhlükəli həddinə gətirib çıxara bilər”.
Maraqlı məqamlardan biri də budur ki, "Los Angeles Times" nəşri Rusiyanın Yaxın Şərqdəki hərbi fəaliyyətini daha çox ABŞ və onun Avropadakı mütəfiqlərini üz-üzə qoymağa hesablanmış təsir cəhdi kimi xarakterizə edir. Nəşrin iddiasına görə, məhz bunları nəzərə alan NATO rəhbərliyi Rusiyanın hərbi müdaxiləsinə narahatlıq nümayiş etdirərək Mərkəzi və Şərqi Avropada təhlükəsizlik tədbirləri həyata keçirirlər. Bundan əlavə, NATO Rusiyanın döyüş təyyarələri tərəfindən hava məkanı pozulan Türkiyənin müdafiə sistemini gücləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info