“Osmanlı arxivində Gəncədə erməni cinayətlərini əks etdirən sənədlər var”
Tarix: 14.10.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Azərbaycanın qədim şəhəri Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransı tarixin bir çox məqamlarına işıq salacaq”. Bu sözləri Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransının nümayəndəsi, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal deyib.
O, bildirib ki, XIX-XX əsrlər tarixinin aktual problemlərinə həsr edilmiş beynəlxalq konfransda Osmanlı dövlətindən bu günə kimi Azərbaycanda və Türkiyədə baş verən olayları bir daha araşdırmaqla bərabər, təhrif olunan tarixi gerçəklikləri diqqətə çatdıracağıq: “İstanbuldakı Osmanlı arxivi dünyanın ən zəngin arxivlərindəndir. Burada bir çox tarixi sənədlərlə yanaşı, Azərbaycan xanlıqları ilə Osmanlı dövləti arasında mövcud olan yazışmalardakı məktublar da saxlanılır. Konfransda nümayiş etdirmək üçün buraya xeyli sayda arxiv sənədlərinin surətini gətirmişik. Bu sənədlər içərisində Qafqaz hadisələrindən, eləcə də 1905, 1924-cü illərdə Gəncədə ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri, hətta topçu batareyaları ilə dinc əhaliyə atəş açmasını əks etdirən sənədlər də var. Azərbaycan tarixçiləri ilə bu məsələləri gələcəkdə araşdıraraq, dünya ictimaiyyətinə çatdıracağıq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info