BOK Olimpiadaya beş yeni növün daxil edilməsini dəstəkləyib
Tarix: 14.10.2015 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksəkrütbəli nümayəndəsi Tokio-2020 Yay Olimpiya Oyunları üzrə təşkilat komitəsinin təklif etdiyi yeni idman növlərini bəyəndiyini bildirib. Dünən Tokio Olimpiadasının təşkilat komitəsinin üzvləri ilə görüşən BOK-un əlaqələndirmə komissiyasının sədri Con Koats idmanın beş növü üzrə əlavə 18 yarış barədə danışıb.
Həmin idman növlərinə beysbol və softbol, karate, qayaya dırmanma, serfinq və skeytbordinq daxildir. C.Koats qeyd edib ki, bu idman növləri gənclər arasında çox populyardır və diqqəti Oyunların islahatlarına yönəltməyə kömək edə bilər. O, bu təkliflərin bütün dünyada, o cümlədən Yaponiyada dəstəklənməsindən çox şad olduğunu bildirib. Tokio Olimpiadası təşkilat komitəsinin sədri Yoşiro Mori qeyd edib ki, Yaponiya və BOK arasında hər bir tərəfin istəyinin müzakirəsi yeni yolların açılmasına imkan yaradır. Onun sözlərinə görə, həmin idman növləri Yaponiya daxilində aparılmış sorğu əsasında seçilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info