“Beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycan etibarlı tərəfdaşdır”
Tarix: 14.10.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi regional layihələr Azərbaycanı bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təminatçısına, digər tərəfdən, iqtisadi və logistik mərkəzə çevirir”.
Bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə “ABŞ-ın dünyada rolu” adlı tədbirdə çıxışı zamanı deyib. Azərbaycanda tikilən və Gürcüstandan keçməklə Türkiyə limanına çıxan BTC-nin Avropa və digər regionları alternativ enerji ilə təmin etdiyini söyləyən səfir vaxtilə müqavilənin imzalanması mərasiminə ABŞ prezidenti Bill Klintonun sədrlik etdiyini xatırladıb. E.Süleymanov Azərbaycanın aparıcı rolu ilə əhəmiyyətli regional layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq bir çox mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın tarixən tolerant və sülhsevər cəmiyyət olduğunu vurğulayıb: “Ölkəmizdə demokratik dəyərlər bir çox qabaqcıl Avropa ölkələrindən daha öncədən mövcuddur. Dünyanın bir çox nöqtələrində dözümsüzlük cərəyan etdiyi halda, Azərbaycanda bütün xalqların nümayəndələri azad və anlaşma şəraitində yaşayır. Dünyada baş verən hadisələrin fonunda Azərbaycanda müxtəlif dini qrupların birgə yaşayışı, insanların dini mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmaması, habelə bütün qadınların və azlıqların hüquqlarının tam təmin olunması bir çox cəmiyyətlər üçün nümunə ola bilər. Məhz bu yanaşma Azərbaycanın strateji əhəmiyyətini daha da artırır”.
E. Süleymanov çıxışı zamanı regionun üzləşdiyi əsas problemlərə də toxunub, bu sırada Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğalının davam etməsini əsas faktor kimi göstərib: “Ölkəmizlə ABŞ arasında uzun müddətdir ki, yaxın tərəfdaşlıq var. Beynəlxalq terrorizmə qarşı mübarizədə və beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycan etibarlı tərəfdaşdır”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info