“Əl-Bəyan” qəzetində Dubay nümayəndə heyətinin ölkəmizə səfəri ilə bağlı məqalə
Tarix: 14.10.2015 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin ən çox oxunan qəzetlərindən olan “Əl-Bəyan”da Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd bin Sulayemin bu il sentyabrın 16-18-də Azərbaycana etdiyi səfər haqqında məqalə dərc olunub.
Azərbaycanın Dubaydakı baş konsulluğundan bildiriblər ki, məqalədə nümayəndə heyətinə Dubay gömrüyünün rəhbəri Əhməd Məhbub Musabihin və digərlərinin daxil olmasının səfərin yüksək səviyyəsindən xəbər verdiyi diqqətə çatdırılır.
Nümayəndə heyətinin ölkəmizə səfəri, keçirilən görüşlər haqqında ətraflı məlumat verilir.
Həmçinin məqalədə Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycana rəsmi səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi xatırlanır. Bu səfərin iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsinə əlverişli zəmin yaratmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin və Sultan Əhməd bin Sulayemin fikirlərinə yer verilir.
Müəllif qeyd edir ki, 2015-ci ilin ilk yarısında Dubay və Azərbaycan arasında ikitərəfli ticarət mübadiləsi nəticəsində təkrar ixrac 140 milyon dollara, ixrac 34 milyon dollara, idxal 7 milyon dollara çatıb. Ticarət əlaqələrinin həcminin sürətlə artması tərəflərin uğurlu ticarət müttəfiqləri olduğunun daha bir göstəricisidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info