“Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri olaraq qalır“
Tarix: 14.10.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri olaraq qalır".
Belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə çıxış edib.
O, Qarabağ nizamlanmasının Rusiya XİN başçısı Sergey Lavrovun xarici həmkarları ilə müzakirə etdiyini söyləyib: "Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bir qədər əvvəl, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə həmsədrlərin bu ay regiona baş tutacaq səfəri öncəsi münaqişənin nizamlanmasına dair praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub. Təəssüf ki, münaqişə zonasında baş verən gərginlik, itkilərin çoxalması, o cümlədən mülki əhali arasında ölüm halları siyasi dialoqun bərpasını daha da çətinləşdirir. Münaqişənin eskalasiyası yolverilməzdir. Tərəfləri güc tətbiq etməkdən imtina etməyə, güzəştlər üçün lazım olan siyasi iradə göstərməyə çağırırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info