“Prezident İlham Əliyevlə çox isti dostluq münasibətlərimiz var”
Tarix: 14.10.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir. Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlar texniki xarakter daşıyır. Bəzi siyasi qüvvələr əbəs yerə bu məsələni siyasiləşdirməyə çalışırlar”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib. Baş nazir deyib ki, uzun illərdir Rusiya qazı Gürcüstan ərazisindən Ermənistana ötürülür. Yalnız bunun müqabilində nəql olunan qazın müəyyən hissəsi Gürcüstana verilir. Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşı olmaqla yanaşı, həm də ən böyük qaz ixracatçısıdır. İrakli Qaribaşvili iclasda bu günlərdə Bakıya etdiyi səfər barədə də danışıb: “Bizim Azərbaycan Prezidenti İlham Əliyevlə çox isti dostluq münasibətlərimiz var və bu münasibətlər daim belə qalacaq. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim digər qonşu ölkələrlə də qarşılıqlı dostluq münasibətlərimiz var. Bu da Gürcüstanı daha cəlbedici edir və xarici investorların diqqətini çəkir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info