ABŞ-ın sorğu təşkilatı: “Azərbaycan sabitlik adasıdır”
Tarix: 14.10.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Gələn ay azərbaycanlılar parlament seçkilərində səs verəcək və seçicilərin təxminən 80%-i hesab edir ki, dövlət hazırkı rəhbərlik tərəfindən düzgün istiqamətdə irəliləyir və həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi əsas məsələ olaraq qalır”. Bu haqda ABŞ-ın tanınmış sorğu təşkilatı Artur J. Finkelştayn & Assoşietys məlumat yayıb. Təşkilatın seçkiqabağı sorğusu 5.1 mln. seçicini əhatə edir və bir çox məsələlərə diqqəti yönəldir. Sorğuda iştirak edənlərin 77.1%-i “Hər şey düzgün, yaxud yanlış istiqamətdə gedir?” sualına düzgün istiqamət, yalnız 14.7%-i isə yanlış istiqamət cavabını verib.
Seçicilərin üzləşdiyi ən vacib məsələlər barədə suala təbii ehtiyatlarla zəngin dövlətdə yalnız 7.2% iqtisadiyyat, 41.3 % isə beynəlxalq qətnamələrin qeyd-şərtsiz geri çəkilmə barədə çağırışlarına zidd olaraq, Ermənistanın hələ də işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon cavabını seçib.
“Beş dəfə çox respondent dövlətin ən vacib məsələsi kimi, iqtisadiyyatdan çox, Dağlıq Qarabağı qeyd edib”, - Artur J. Finkelştayn & Assoşietys-in icraçı direktoru Corc Birnbaum bildirib.
“Bu, siyasət və hökumətin bütün aspektlərini o qədər əhatə edən həssas məsələdir ki, Qərbin bir çox müşahidəçiləri bunu sadəcə anlamır”.
Geosiyasi məsələlərə gəldikdə, respondentlərin 81.7%-i bu fikirlə razılaşıb: “Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu bir regionda yerləşən sabitlik adasıdır”. Ən vacib məqam odur ki, Avropada baş verənləri nəzər alsaq, respondentlərin 71%-i hesab edir ki, hazırkı hökumət immiqrasiya böhranının Azərbaycana təsirinin qarşısını almağa qadirdir.
Respondentlərin 80%-dən çoxu hesab edir ki, təhlükəsizlik məsələlərində öz məlumatlarını qərb dövlətləri ilə bölüşən ölkə rəhbərliyi dövləti terror aktlarından müdafiə edib.
Bu gün Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin 74.4%-i tərəfindən dəstəklənir, 14% seçici isə hələ seçimini etməyib. Beləliklə, dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanacağı gözlənilir.
Şübhəsiz, seçkilər eyni zamanda 2013-cü ildə yenidən seçilmiş Prezident İlham Əliyevin fəaliyyətinə dair referendum rolunu oynayacaq. “Hazırkı Prezident İlham Əliyevin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz?” sualına respondentlərin 82.1%-i yaxşı, yaxud əla cavabını verib.
“Sorğudan asanlıqla belə nəticəyə gəlmək olar ki, seçicilər dəyişiklik istəmir”, - deyə Birnbaum bildirib. Onun şirkəti 2013-cü il seçkilərinin nəticələrini düzgün proqnozlaşdırmışdı.
“Onlar siyasi-iqtisadi sabitlik, terrordan qorunmaq və seçdikləri nümayəndələrin Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizə aparmasını istəyir”.
Sorğu Azərbaycanda 28 sentyabr - 9 oktyabr tarixlərində 108 dairədə 1000 qeydiyyatlı seçici ilə üzbəüz aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
16.08.2019
Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir
15.08.2019
İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır
14.08.2019
Mnatsakanyanın ritorikası münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info