“Elektron sənəd dövriyyəsi” sisteminin iş prosesi canlı nümayiş olunub
Tarix: 14.10.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi barədə tapşırığa uyğun olaraq, oktyabrın 14-də İqtisadiyyat və Sənaye Nazirliyində “Elektron sənəd dövriyyəsi” sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilib.
DocNet sisteminin ilk dəfə olaraq tətbiq edildiyi qurumlardan olan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş tədbirdə dövlət qurumlarının, bank və digər təşkilatlarının bu sahəyə məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
İqtisadiyyat və Sənaye Nazirliyinin strukturlarında DocNet sisteminin tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxmış, sənəd dövriyyəsində operativlik və vaxta qənaət, icra intizamının daha da möhkəmləndirilməsi təmin edilib.
Tədbirdə iştirakçılar “Elektron sənəd dövriyyəsi” sistemi vasitəsilə sənədlərin avtomatlaşdırılmış idarə olunması, o cümlədən qeydiyyatı, dövriyyəsi və icraatın başa çatdırılması prosesi ilə əyani şəkildə tanış olmuş, DocNet sisteminin tətbiqi ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”na uyğun olaraq, “Elektron sənəd dövriyyəsi” sistemi İqtisadiyyat və Sənaye Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info