1 ay ərzində 60 süni maneə sökülüb
Tarix: 14.10.2015 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırılır. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olur. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bir müddətdir ki, həmin süni maneələrin sökülməsi işləri davam etdirilir.
Təkcə sentyabr ayı ərzində Bakı şəhərinin 23 küçəsində süni maneələrin sökülməsi işləri aparılıb. Ümumilikdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 60 tramplin sökülüb.
İlkin olaraq yolun hərəkət hissəsinə süni maneə quraşdıranlara xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan nefti bahalaşıb
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info