“Ermənistan işğalı pərdələmək üçün Qarabağ münaqişəsinə dini çalarlar verir”
Tarix: 14.10.2015 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misir prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidini qəbul edib.
"Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir"
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olunub, iqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Misir arasında əməkdaşlıq və qarşılıqlı dəstəyin ölkələrimiz arasındakı ənənəvi dostluğun təcəssümü olduğu bildirilib.
Səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidi Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn normalar və BMTnizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Diplomat BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçildiyi təqdirdə, terrorizmə və onun ideoloji aspektlərinə qarşı mübarizənin Misirin əsas prioritetlərindən biri olacağını vurğulayıb, Əl-Əzhərin təcrübəsində Misirin ənənəvi mötədil İslam mədəniyyətinə malik olduğunu bildirib.
E. Məmmədyarov isə Misirin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmədiyini deyən nazir E. Məmmədyarov Azərbaycanın nümunəvi multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq təcrübəsinin olduğunu qeyd edib, mötədil İslam mədəniyyətinə malik ölkələr kimi Azərbaycan və Misirin islamofobiya meyllərinə qarşı mübarizəsinin vacibliyini önə çəkib.
BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olduğu dövrdə terrorizmə qarşı mübarizənin Azərbaycanın da prioritetlərindən biri olduğunu deyən E. Məmmədyarov Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və Ermənistan tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunda və digər ictimai yerlərdə 30-dan artıq müxtəlif terror aktlarının törədildiyini, minlərlə günahsız insanın bu terror aktlarının qurbanı olduğunu vurğulayıb.
E. Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatının ilk birgə iclasının keçirilməsinin təşəbbüskarı olduğunu xatırladaraq, bu mexanizmin davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib. Nazir həmçinin BMT Təhlükəsizlik Şurasına seçkilərdə Misirə uğurlar arzulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info