“Azərbaycandakı soyqırımları barədə ingiliscə yetərincə materiallara rast gəlmədim”
Tarix: 14.10.2015 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Yelena Liliç: “Bu barədə bilgilərimizi genişləndirmək üçün azərbaycanlı tədqiqatçılarla əlaqə qurmaq və təmasda olmaq istərdim”

Ötən həftə Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirildi. Forumda gənc avropalı alimlərin dünyadakı soyqırımı faktları ilə bağlı maraqlı yanaşmaları oldu. Forumda iştirak edən alimlərdən biri isə isveçli Yelena Liliç idi. Onunla dünyada baş verən soyqırımları ilə bağlı araşdırmalar və digər məsələlər barəsində söhbətləşdik:

- Mən İsveçdənəm. Amma mənşəcə serbəm. Magistr dərəsəsinə yiyələnmişəm. Tarix və siyasət üzrə doktorant kimi oxuyacağıma qərar vermişəm. Mənim magistr dərəcəsi almaq üçün dissertasiya mövzum Holokost soyqırımı və ümumiyyətlə, soyqırımları ilə bağlı olub. Mən dünyada baş vermiş soyqırımları, o cümlədən Azərbaycanda baş vermiş soyqırımları ilə dərindən maraqlanıram. Bundan başqa Azərbaycan tarixini dərindən öyrənməyə çalışıram. Çünki bu barədə də marağım böyükdür. Biz Azərbaycanda keçirilən soyqırımı ilə bağlı beynəlxalq konfrans çərçivəsində Qubaya da səfər etdik və orada soyqırımı abidəsini ziyarət etdik. Mən Qubada baş vermiş bu soyqırımı ilə bağlı da daha dərindən bilgilənmək istərdim. Bu sahədə azərbaycanlı alimlərin və tədqiqatçıların tədqiqatlarından da çox şeyləri öyrənmək istərdim. Qeyd edim ki, artıq forum çərçivəsində bu sahədə çıxışlarla tanışam.
- Bəs ümumiyyətlə, Azərbaycan haqqında daha hansı məlumatlarınız və təsəvvürləriniz var?
- Bu, mənim Azərbaycana ikinci gəlişimdir. İlk dəfə 2013-cü ildə keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycana səfər etmişdim. Mən o vaxta qədər Azərbaycan haqqında heç nə bilmirdim. Təkcə onu eşitmişdim ki, bu ölkə çox gözəl bir respublikadır. Amma Azərbaycana ilk dəfə gələndə müsbət mənada şoka düşdüm. Çünki çox gözəl və əsrarəngiz bir ölkəyə ayaq basdığımı ilk anlardan müşahidə və dərk etməyə başladım. Həmçinin insanlarınızın necə mehriban, gözəl və qayğıkeş olduğunu da əyani olaraq gördüm. Bizi qarşılayan çoxlu sayda könüllülər var ki, onlara müsahibə vasitəsilə təşəkkür etmək istəyirəm. Onlar bizim üçün çox zəhmətə qatlaşdılar, xeyli iş gördülər. Onlar hər şeyi çox gözəl təşkil etmişdilər və bizə bütün gözəl yerləri göstərməyə nail oldular. Bu baxımdan təşklati işlər çox gözəl qurulmuşdu. İndiki forum çərçivəsində də bütün bu işlər çox gözəl səviyyədə təşkil olunub. Azərbaycanın Gənc Alimlər, Aspirantlar və Magistrlər cəmiyyətinin sədri İlqar Orucov, həmçinin digər təşkilatçı Ruslan Rəhimli və digər qurumların bu baxımdan təşkilatçılığını xüsusi olaraq qeyd etməyə dəyər və onlara bu baxımdan bir daha təşəkkür edirəm. Qeyd etdiyim kimi, ilk dəfə Azərbaycana səfər edib geri dönəndən sonra çox arzulayırdım ki, yenidən buraya geri dönüm və bir daha sizin gözəl ölkənizdə olum. Artıq iki ildən sonra yenidən mənə Azərbaycana gəlmək nəsib oldu. Qeyd etdiyim kimi, şəhəriniz, ümumilikdə ölkəniz, insanlarınız, mədəniyyətiniz çox gözəl və orijinaldır.
- Bəs siz bir avropalı gənc tədqiqatçı kimi Xocalı soyqırımı barəsində nə bilirsiniz?
- Doğrusu, bura gəlməyənə qədər Xocalı və ya Qubada, eləcədə digər bölgələrinizdə sizə qarşı həyata keçirilmiş soyqırımları barəsində heç nə bilmirdim. Biz Qubaya getdik, daha sonra sizin alimlərin bu barədəki çıxışları ilə tanış oldum və bu barədə məndə müəyyən informasiya, təsəvvür və təəssüratlar oyandı. Buna görə də mən bütün bu baş verən yaxın keçmişdəki olaylar barəsində daha dərindən və çox öyrənmək istərdim. Doğrusu, mən bu barədə axtarışlarda olarkən, ingilis dlində yetərincə materiallara rast gəlmədim. Mən bu barədə bilgilərimizi genişləndirmək üçün azərbaycanlı tədqiqatçılarla əlaqə qurmaq və təmasda olmaq istərdim. Çünki bir soyqırımlarını öyrənən tədqiqatçı kimi, bu barədə bilgilərimi genişləndirməyi qarşıma məqsəd qoymuşam.
- Bəs sizin bu forumda çıxış üçün mövzunuz nə idi?
- Bu forumda mənim çıxışım İkinci Dünya müharibəsi zamanı baş vermiş münaqişələrlə bağlıdır. Həmçinin Norveçdə 1944-cü və 1953-cü illərdə baş vermiş olaylarla bağlı faktlara da toxunmuşam. Bundan başqa, daha yeni münaqişələr barəsində öyrənmək və tədqiqat aparmağı qarşıya məqsəd kimi qoyduğum üçün, ilk növbədə, Azərbaycanda baş vermiş konflikt və soyqırımlarını tədqiq etməyi düşünürəm.
- Siz dünyada baş vermiş soyqırımlarının elmi baxımdan araşdırılması və bu barədə nəticələrin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür forumların önəmini necə qiymətləndirirsniz?
- Fikrimcə, bu forum sözügedən məsələ üçün çox yaxşı və effektlidir. Çünki bu cür forumlar vasitəsilə biz digər dünya tədqiqatçıları ilə ünsiyyət qururuq, araşdırmalarımızı, tədqiqatlarımızı, fikirlərimizi bölüşürük. Eyni zamanda sizin yerli tədqiqatçılarla da ünsiyyət qururuq və bu sahədə daha çox informasiya əldə etmək üçün bir-birimizə qarşılıqlı dəstək göstəririk. Belə ki, müxtəlif dillərdə bu barədə yazmaq və tədqiqat aparmaq üçün bir-birimizə köməyimizi əsirgəməməyə çalışırıq.
- Bizə başqa fikir və təklifləriniz varmı?
- Mən bütün Azərbaycan millətinə salam və təşəkkürlərimi çatdırıram. İlk növbədə, bu cür forumların təşkilatçılarına və könüllülərinə öz dərin minnətdarlığımı bildirirəm.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info