“DSMF-nin 2016-cı il büdcəsi vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib”
Tarix: 14.10.2015 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir və Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin təklif olunan varianta qəbulu bu siyasətin reallaşmasına tövhə verəcəkdir”. Bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev öz çıxışında diqqətə çatdırıb.
Növbəti ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 3 mlrd 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev deyib ki, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımı 13 milyon 100 min manat, müavinətlər üzrə artım 8 milyon 900 min manat və digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır. Gəlirlərlə bağlı isə məcburi dövlət sosial sığorta haqları üzrə artım 22 milyon manat, sair gəlirlər üzrə artım 300 min manat nəzərdə tutulur və dövlət budcəsinin transferti dəyişdirilmədən cari ilin səviyyəsində saxlanılır. “Göründüyü kimi, xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub.”
E.Mehdiyev onu da bildirib ki, Fondun büdcə xərclərinin 97,8%-i və ya 3 milyard 11 milyon 200 min manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67 milyon 400 min manatı isə digər xərclərə yönəldiləcək, əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923 milyon 600 min manatını pensiya xərcləri, 2,9%-ni və ya 87 milyon 600 min manatını isə müavinət xərcləri təşkil edəcəkdir. Növbəti ildə pensiya xərclərinin ölkənin Ümumi Daxili Məhsuluna olan nisbəti 5,1 % nəzərdə tutulub. 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,7 % təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,58%-i qədər pensiya xərci olmaqla, optimal hədd saxlanılacaqdır.
2016-cı il üçün proqnozlaşdırılan digər xərclərin tərkibində pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon manat, "Pensiya və sosial təminat" layihəsi üzrə beynəlxalq kreditin qaytarılmasına 1 milyon 300 min manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 40 min manat vəsait nəzərdə tutulub.
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 19 milyon 100 min manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin müvafiq proqnoz göstəricisi ilə eyni səviyyədədir.
Dövlət Sosial Müdafiə Fondunun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2016-cı il üçün 27 milyon manat məbləğində nəzərdə tutulur. Qeyd olunan xərclər Fondun bütün xərclərinin 0,88 faizini təşkil edir və bu sığorta-pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info