“Sosial sığorta daxilolmalarının artımı büdcədən ayrılan transferti azaldıb”
Tarix: 14.10.2015 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


“Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185 milyon 200 min manat təşkil etmiş, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 1 milyard 305 milyon manata çatıb”. Bu barədə Milli Məclisin növbəti plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev məlumat verib.
O qeyd edib ki, bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dörü ilə müqayisədə 27 milyon 500 min manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sistemi iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb: “Bu tədbirlər fəaliyyətin avtomatlaşdırılmasının daha da genişləndirilməsi ilə müşayət olunub, 2015-ci ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artmaqla 2 milyona çatıb, vətəndaş müraciətlərinin sayı isə 27 faiz azalıb.”





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info