Türkiyə millisi “Avro-2016”-nın final mərhələsində
Tarix: 14.10.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Türkiyə millisi futbol üzrə “Avro-2016”-nın seçmə mərhələsinin “Ən yaxşı üçüncü komandası” kimi final mərhələsinə vəsiqə qazanıb. Turnirin seçmə mərhələsinin sonuncu turu çərçivəsində Türkiyə millisi Konya Böyükşəhər Bələdiyyəsi stadionunda İslandiya yığmasını qonaq edib.
Görüşün ilk hissəsində hesab açılmasa da, görüşün davamında Türkiyə millisi azlıqda qalıb. Belə ki, oyunun 78-ci dəqiqəsində hakim Gökhan Töreye qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Buna baxmayaraq, matçın 89-cu dəqiqəsində Selçuk İnanın vurduğu qol Türkiyə millisinin minimal hesablı qələbəsini rəsmiləşdirib - 1:0. Türkiyə millisinin yer aldığı “A” qrupunda Çexiya səfərdə Hollandiyanı 3:2, Qazaxıstan futbolçuları isə Latviya kollektivini 1:0 hesabı ilə məğlub ediblər. Çexiya (22 xal) və İslandiya (20 xal) turnirin final mərhələsinə adlayıb. Türkiyə ən yaxşı nəticəyə malik olan üçüncü yerin sahibi kimi final mərhələsinə vəsiqə əldə edib. Bu işdə Qazaxıstan futbolçularının Latviya üzərində qələbəsi də mühüm rol oynayıb. “B” qrupunun görüşlərində isə Belçika millisi İsrailə 3:1, Uels kollektivi Andorraya 2:0, Bosniya və Herseqovina yığması isə Kiprə 3:2 hesabı ilə qalib gəlib. Hesabında 23 xal olan Belçika və 21 xalla Uels millisi turnirin final mərhələsinə adlayıb. Bosniya və Herseqovina yığması isə pley-off mərhələsində qüvvəsini sınayacaq. Qeyd edək ki, millimizin də qərarlaşdığı H qrupunda isə Xorvatiya yığması son turda Norveçi qabaqlayaraq Avropa Çempionatının final mərhələsində oynamaq hüququ əldə edib. Bununla da, "Avro-2016"-nın final mərhələsində iştirak edəcək komandaların sayı 20-yə yüksəlib. Qeyd edək ki, gələn il Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info