“Azərbaycan yaxın 15 ildə daha böyük uğurlara imza atacaq”
Tarix: 14.10.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Tokioda “Cross Border Club”un və “World Investors TV” internet televiziyasının təşkilatçılığı ilə keçirilən toplantıda yapon iş adamlarından ibarət qrupun Azərbaycana işgüzar səfərinin nəticələri müzakirə
olunub.

Toplantıda çıxış edən “World Investers TV” internet televiziyasının prodüseri, əcnəbi ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı ekspert Kazuyasu İşida son illər dünya iqtisadiyyatında baş verən proseslərdən, yaranmış mürəkkəb şəraitdən danışıb. Bildirib ki, bəzi ölkələr mövcud iqtisadi potensialdan məharətlə yararlanaraq böhrandan itkisiz çıxmağı bacarıb, ümumi daxili məhsulun artımında irəliləyişə nail olublar. Belə ölkələr sırasında Azərbaycanın xüsusən seçildiyini vurğulayan K.İşida son illər respublikamızda həyata keçirilən nəhəng layihələrdən bəhs edib. Tanınmış ekspert Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu, yaxın 15 ildə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıb. O, bu sürətli inkişafın şahidi olmaq istəyən yapon iş adamlarından ibarət 40 nəfərlik qrupun sentyabrın 22-27-də Azərbaycana işgüzar səfəri barədə məlumat verib. Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir tikililəri ilə diqqəti cəlb etdiyini vurğulayıblar. Seminarda Keio Universitetinin iqtisadiyyat fakültəsinin azərbaycanlı tədqiqatçısı Aysu Yusifzadə ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb. İştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info