“İctimai qəbul otaqları”nın yaradılması təklif olunur
Tarix: 15.10.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Hazırda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətin prioritetidir. Xüsusən vətəndaşların bu mübarizədə rolu ən vacib amildir. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, ictimai nəzarət gücləndirilməlidir: “İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.
Prezident qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır: “Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir. “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür”.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bizimlə söhbətində Prezidentin son müşavirədə müxtəlif istiqamətlərdə ölkənin gələcəkdə davamlı inkişafını təmin edən fikirlər səsləndirdiyini dedi: “Bunlardan biri də vətəndaş nəzarətinə adi olan məsələlərdir. Ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, çox şey vətəndaşlardan asılıdır. Hər zaman ölkə başçısı müxtəlif çıxışlarında neqativ hallarla bağlı vətəndaşları daha fəal olmağa çağırıb. Burada da Prezident ictimai nəzarətin gücləndirilməsindən bəhs etdi. Bu baxımdan dövlətin siyasəti, eləcə də güclü iradəsi var. Bu istiqamətdə müsbətə doğru dəyişikliklər var. Bir sıra institusional islahatlar aparılır. Bu islahatlar geniş ictimai dəstəyə malikdir, lakin bu dəstək daha fəal olmalı, miqyas etibarı ilə daha da genişlənməlidir. Çünki çox ciddi proqramlar həyata keçirilir”.

“İcazə və lisenziya rüşvət mənbəyidir”
Əliməmməd Nuriyev bildirdi ki, bir çox sahələrdə, həmçinin kreditlərin verilməsində ictimai nəzarət gücləndirilməlidir: “Kreditlər kimə verilir? Kreditlərdən nə dərəcədə səmərəli istifadə olunur? Kreditlər təyinat üzrə istifadə olunurmu? Bu kimi məsələlərə vətəndaşlar nəzarət etməlidir. Dövlət başçısı çıxışında qeyd etdi ki, bizim Dövlət Neft Fondundan olan transfertlər investisiya layihələrinə cəlb olunacaq. Bu vəsaitin xərclənməsinə də ictimai nəzarəti gücləndirmək lazımdır. Eyni zamanda monopoliyanın aradan qaldırılması istiqamətində də ictimai nəzarət olmalıdır. Cənab Prezident dedi ki, çoxsaylı yoxlamalar, lisenziyalar var. Əlbəttə ki, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq biz də bu məsələləri mütəmadi olaraq qaldırırıq. Doğrudan da, bu gün lisenziyaların sayı yetərincə çoxdur. Eyni zamanda lisenziya ilə bağlı əlavə icazələrin alınması məsələsi var. Onların sayı, ümumiyyətlə, lisenziyaların sayından çoxdur. İcazə və lisenziya rüşvət mənbəyidir. Bunun başqa adı yoxdur. Prezident çıxışında bu məsələni xüsusi olaraq vurğuladı”.
Fond rəhbəri dedi ki, korrupsiyaya qarşı mübarizəni təkcə sərt tədbirlər vasitəsilə aparmaq olmaz: “Belə tədbirlər qısa müddətə olanda effekt verir. Ona görə daha çox institusional, struktur dəyişiklikləri baş verməlidir. Məsələn, “ASAN xidmət” çox ciddi bir institusional dəyişiklikdir.
Çoxsaylı nəzarət orqanları var. Onların ixtisarı ilə bağlı fikirləşmək olar. Yoxlama prosedurunun azaldılması ilə bağlı dəyişikliklər etmək olar. Yəni çoxsaylı qurumlar var ki, eyni funksiyanı yerinə yetirirlər. Hesab edirəm ki, Nazirlər Kabinetinin strukturunda da dəyişikliklər baş verməlidir. Ayrı-ayrı nazirliklərin mərkəzi orqanlarında ciddi struktur dəyişiklikləri aparmaq lazımdır. Bəzi qurumlar funksional baxımdan öz işlərini başa çatdırıblar və indi onlara ehtiyac yoxdur. Digər tərəfdən struktur dəyişiklikləri ictimai nəzarətin özünün qurulması prosesində çox vacibdir”.

“Elektron satınalmalar
keçirilməlidir”

Ə.Nuriyev yoxlama prosesində şəffaflığın təmin edilməsində vətəndaş cəmiyyətinin cəlb edilməsini vacib sayır: “Bu da institusional dəyişikliklərə bir nümunə ola bilər. Bu günlər dövlət satınalmaları ilə bağlı məsələlərdə ciddi sürətdə islahatlara ehtiyac var. Dövlət satınalmaları zamanı korrupsiya çox ciddi rol oynayır. Ona görə, elektron satınalmalar keçirilməlidir”.
Əliməmməd Nuriyev Prezidentin ölkə üzrə “İctimai qəbul otaqları”nın yaradılmasını da təklif edir: “Düzdür, əhalinin daha operativ məlumat göndərməsi üçün Prezidentin saytı fəaliyyət göstərir. Burada elektron müraciət imkanı yaradılıb. Amma, eyni zamanda regionlar üzrə “İctimai qəbul otaqları” da olsa daha yaxşı olar. Bu da Prezidentə əlavə məlumatların göndərilməsinə gətirib çıxarar. Bu “İctimai qəbul otaqları”ndan məlumatlar yerli strukturlar tərəfindən yox, birbaşa çatdırılmalıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info