“Bəzi qərbli tərəfdaşlarımızın Suriyada baş verənlərlə bağlı heç bir anlayışı yoxdur”
Tarix: 15.10.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Biz Amerikaya hərbi səviyyədə terrorçuların yerləşdiyi məntəqələr barədə məlumat verməsi üçün müraciət etdik. Onlarsa, “Biz buna hazır deyilik” - deyə bildirdilər. Belə olan təqdirdə biz, onlardan hansı əraziləri vurmamaq barədə də sorğu istədik. Bu sorğumuz da cavabsız qaldı”
“Qərbin Suriyada baş verənlər barədə dəqiq anlayışı belə, yoxdur. Rusiyanın bu ölkədə terrorizmə qarşı mübarizəyə hərbi müdaxiləsi, ölkə lideri Bəşər Əsədə dəstək kimi başa düşülməməlidir”. Bu fikirləri Rusiya prezidenti Vladimir Putin “CNBC” kanalının "VTB Capital” bankının təşkilatçılığı ilə Moskvada keçirilən illik investisiya forumunda deyib. “Təbii ki, mən hazırda bunları heç kəslə müzakirə etmək istəmirəm, lakin qeyd etmək istəyirəm ki, biz bəzilərinin iddia etdiyi kimi, hər hansı bir liderə tərəf can atmırıq.
Suriyada yalnız bir lider ola bilər - bu da Suriya xalqıdır”- deyə Putin bildirib. Terrorizmin bütün dünya üçün təhlükə mənbəyi olduğunu nəzərə çatdıran rusiyalı prezident mübarizənin əsas qayəsi kimi terrorizmə qarşı mübarizəyə yardım etməyə çalışdıqlarını bəyan edib: “Bu gün terrorizm həm ABŞ, həm Rusiya, həm də Avropa, ümumiyyətlə, bütün dünya üçün təhlükədir. Amma bizim bəzi qərbli tərəfdaşlarımızın bu ərazilərdə nələrin baş verdiyi barədə heç bir anlayışları belə, yoxdur”. Qeyd edilməlidir ki, forumun əsas mövzularından biri Rusiya iqtisadiyyatı ilə bağlı olsa da, müzakirələr daha çox Moskvanın Suriyadakı son fəaliyyətinin əsası kimi Bəşər Əsəd rejiminə dəstək nümayiş etdirməsi və bunun da Qərbdə ciddi narahatlıqla qarşılanması ətrafında olub. Xatırladaq ki, ötən həftə Amerika prezidenti Barak Obama Rusiyanın bu ərazilərdəki fəaliyyətini yalnız Əsəd rejiminin dəstəkləməyə yönəltdiyi barədə bəyanat vermişdi. Forumun gedişində “CNBC” nümayəndəsinin Putinə ünvanladığı suallardan biri də bu bəyanatla bığlı olub. Rusiya prezidenti bildirib ki, onların bütün hərəkətləri BMT-nin nizamnaməsinə və beynəlxalq hüquq qaydalarına uyğun olaraq həyata keçirilir: “Biz həmkarlarımızdan, xüsusən də Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi qondarma beynəlxalq koalisiyadan fərqli hərəkət etmişik. Onlar bu addımı nə BMT Təhlükəsizlik Şurasının qərarı, nə də Suriya hökuməti tərəfindən dəvət olmadan atmışdılar. Biz Amerikaya hərbi səviyyədə terrorçuların yerləşdiyi məntəqələr barədə məlumat verməsi üçün müraciət etdik. Onlarsa, “Biz buna hazır deyilik” -deyə bildirdilər. Belə olan təqdirdə biz, onlardan hansı əraziləri vurmamaq barədə də sorğu istədik. Bu sorğumuz da cavabsız qaldı. İndi bəyan edirlər ki, biz sizinlə əməkdaşlıq etməyə hazır idik və ya siz lazım olan nöqtələrə zərbə endirmirsiniz”. Putin neftin qiymətindəki enmələrə baxmayaraq, Rusiya iqtisadiyyatında müsbət impulsun bərpa edildiyini və gələcəyə nikbin baxdığını bəyan edib. Bu arada Fransanın “Le Point” nəşri Rusiya Hava Qüvvələrinin Suriyada apardığı əməliyyatları təqdir edən məqalə ilə çıxış edib. Nəşrin yazdığına görə, Rusiyanın dəqiq hava zərbələri Qərb koalisiyasının apardığı əməliyyatlarda sifariş olduğunu üzə çıxardı. Rusiya ilə Qərb arasındakı təhlükəli oyunu xarakterizə edən “Le Point” hesab edir ki, bu məsələdə hesab 1-0 Rusiyanın xeyrinədir. Nəşrin yazdığına görə, bu vaxta qədər Suriyada 2500-dən artıq uçuş edən koalisiya qüvvələrinin təyyarələri “İŞİD”-i geri çəkilməyə məcbur edə bilmədi. Səbəb kimi, qeyd edilir ki, koalisiya qüvvələri hadisə yerindən gələn kəşfiyyat xəbərlərinə diqqət etmədən yalnız hərbi hədəflərə zərbə endirir. Bundan əlavə, zərbə vurmaq məqsədilə havaya qalxan ABŞ təyyarələri bunu çox yüksəklikdən həyata keçirir. Rusiya isə onlardan fərqli olaraq, dəqiq kəşfiyyat məlumatları ilə hərəkət edir. Belə görünür ki, ABŞ-ın liderliyi ilə fəaliyyət göstərən Qərb və ərəb ölkələri koalisiyası “oyundan kənar” vəziyyətə düşüb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info