Səfirimiz xüsusi fəxri mükafatla təltif edilib
Tarix: 15.10.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “British Community Honours Awards” (BCHA) təşkilatı tərəfindən mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Lordlar Palatasının üzvü Lord German, Şahzadə Katerina və müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən təşkilatın rəhbəri Yasmin Sheikh bunun Azərbaycanın çoxəsrlik tarixi missiyasına, mədəniyyətlər arasında oynadığı körpü roluna verilmiş layiqli qiymət olduğunu bildirib.
Hər il ənənəvi olaraq keçirilən bu tədbirdə Böyük Britaniyada icmalar arasında dialoqun möhkəmləndirilməsinə və sosial inteqrasiyanın inkişaf etdirilməsinə töhfə verən siyasi-ictimai xadimlər və icma fəalları mükafatlandırılırlar.
On beş ildir ki, fəaliyyət göstərən BCHA hər il üç kateqoriya üzrə 20-dək mükafat təqdim edir. Təşkilat tərəfindən indiyə qədər təltif edilmiş tanınmış siyasi-ictimai xadimlər arasında İngiltərə Kilsəsinin rəhbəri, ölkənin dini liderlərindən olan arxiyepiskop R.Vilyams, ölkənin keçmiş baş prokuroru D.Griv, Mühafizəkarlar Partiyasının keçmiş sədri E. Piklz, Şahzadə Maykl Kent və başqaları var.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Silahlılar Suriyanın iki vilayətini atəşə tutub
15.06.2019
Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq
15.06.2019
“Taliban” hərəkatına zərbə: azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb
15.06.2019
Tramp: seçkilərdə qalib gəlmədiyim halda bazar çökəcək
15.06.2019
Somalidə partlayış nəticəsində 8 nəfər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info