“Milyonlarla insan “Boko Haram“, “Əş Şahab“, “İŞİD“ kimi ekstremistlərin inanılmaz qəddarlıqları ilə üzləşiblər”
Tarix: 15.10.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Baş Assambleyasının üzv dövlətləri təşkilatın fəaliyyəti barədə məruzəni müzakirə ediblər.
Qurumun saytında yer alan xəbərə görə, müzakirələrdə əsas mövzu təşkilatın ötən il, eləcə də son 70 il ərzində göstərdiyi fəaliyyət və gələcəkdə qarşıya qoyulan vəzifələr barədə olub. Baş katib Pan Gi Mun dünyada hələ də köhnə problemlərin qaldığını bildirib və dövlətlər arasında bu məqsədlə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb: “BMT-nin 70 illiyində biz çoxsaylı nailiyyətlərimizə görə fəxr edə bilərik. Bu müddət ərzində dünya qlobal miqyaslı münaqişədən qaça bilib”.
Bununla yanaşı, baş katib yoxsulluqdan tutmuş ayrı-seçkiliyə qədər, problemlərin mövcudluğuna diqqət çəkib. Onun sözlərinə görə, bütün dünya ölkələrində qeyri-bərabərlik inkişaf edir və yoxsul təbəqə daha da yoxsullaşır. Pan Gi Mun qeyd edib ki, bu gün insanlar terror və münaqişələrin nəticələrindən əziyyət çəkir: “Milyonlarla insan "Boko Haram", "Əş Şahab", "İŞİD" kimi ekstremistlərin inanılmaz qəddarlıqları ilə üzləşiblər. Bir çox xarici silahlılar isə bu qruplaşmaların ardınca gedirlər”.
Ukraynanın şərqindəki münaqişə barədə danışan baş katib bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid törətdiyini diqqətə çatdırıb: “Daha qarşısıalınmaz xarakter alan beynəlxalq sülh, təhlükəsizliyə olan bu təhdidlər bizə münaqişələrin dayandırılması, sülh və sülh quruculuğu tədbirlərinin dəstəklənməsi üçün yanaşmalarımızı yenidən nəzərdən keçirməyə məcbur edir”.
Pan Gi Mun ətraf mühitin çirklənməsi və resursların tükənməsi problemləri ilə bağlı narahatlığını da ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info