Politoloq: “Ermənistan dövləti artıq vassal bir ölkə olması ilə barışıb”
Tarix: 15.10.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox düzgün vurğuladı ki, Ermənistan artıq məhvə məhkumdur və orada yaşayan əhali belə hazırkı hakimiyyətin onları hansı uçuruma aparmasını dərk edir və xalq özünün bütün etiraz vasitələrindən istifadə edir”. Bunu politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, artıq hər kəs anlayıb ki, Ermənistan dövlətinin adında müstəqil sözü formal xarakter daşıyır: “Demək olar ki, dövlət siyasi cəhətdən başqa ölkədən asılıdır və ölkələrin bir quberniyası, vilayətinə çevrilib. Xalq isə bu halı qəbul etmir. Onlar Azərbaycanda dövlətin daha da güclənməsini, müstəqil siyasət yürütməsini, xalqın dövlətini necə dəstəkləməsini, həyata keçirilən yüksək infrastruktur layihələrini, Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələri, ölkədə gedən iqtisadi inkişafı, hərbi qüdrəti və s. uğurları internet və media vasitəsi ilə izləyir və öz dövlətinin də get-gedə çökməsinin, yalnız xarici dövlətlər və lobbi tərəfindən edilən köməkliklər nəticəsində yaşadığını bilir və buna şahid olurlar. Ona görə də xalq çıxış yolunu bu hakimiyyətdən canını qurtarmaqda görür”.
R.Alıyev bildirib ki, bir neçə ildir ki, Ermənistanda xeyli sayda mülki əhali Azərbaycan tərəfinə keçmək və burada yaşamaq istədiklərini bildirirlər: “Onu da xüsusi qeyd etməliyik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda və ətraf rayonlarda zorla yerləşdirilən Suriyadan və digər ölkələrdən gətirilən, Ermənistanın əyalətlərindən yığılan əhalinin orada yaşamaları üçün hər ay müəyyən məbləğdə vəsait verilməsinə baxmayaraq, yenə də həmin əhali qeyd etdiyimiz əraziləri tərk edir. Ümumiyyətlə, Ermənistan əhalisi hazırkı vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olaraq Azərbaycana qaytarılmasını və Azərbaycanın ideya müəllifi olduğu beynəlxalq əhəmiyyətli layihələrdə Ermənistanın da iştirak etməsini istəyirlər. Ermənistan dövləti isə artıq vassal bir ölkə olduğu ilə barışıb və özü dövlət olaraq qərar verə bilməyəcəyini dolayısı yolla həm xalq, həm də dünya ictimaiyyətinə bildirmiş olur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info