Məhkumlar üçün peşə hazırlığı kursları təşkil olunub
Tarix: 15.10.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Penitensiar müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına səmərəli inteqrasiyasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə növbəti tədbirlər kimi, ƏƏSMN-nin dəstəyi ilə Bakı şəhərinin Xətai rayonundakı 7 saylı uşaq tərbiyə müəssisəsindən 16 nəfər məhkum üçün kompüter texnikasının təmiri ustası, 4 saylı cəzaçəkmə müəssisəsindən 11 nəfər və Qaradağ rayonundakı 8,12,13 saylı cəzaçəkmə müəssisələrindən 48 nəfər məhkum üçün aşbaz köməkçisi peşələri üzrə peşə hazırlığı kursları təşkil edilib.
Peşə təlimi penitensiar müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında aparılır. Kurslara cəlb olunan həmin şəxslər cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra yaşadıqları rayon və ya şəhərin məşğulluq orqanları tərəfindən onların qeyd olunan peşələr üzrə münasib işlərlə təminatına köməklik göstəriləcək.
Ötən il və cari ilin 9 ayında ƏƏSMN-nin dəstəyi ilə ümumilikdə 350 nəfər bu təbəqədən olan şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər ƏƏSMN tərəfindən minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ilə də təmin olunur. Hazırda ƏƏSMN-nin sifarişi ilə qeyd olunan şəxslər üçün Qobustan rayonunda inşa edilən Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi onların hüquqlarının, qanuni mənafelərinin qorunması və sosial adaptasiyası istiqamətində işləri yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info