“4 mindən çox borclunun ölkədən çıxmasına qadağa qoyulub”
Tarix: 15.10.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


“Sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb”.
Bunu ədliyyə naziri Fikrət Məmmədov nazirliyin kollegiya iclasında deyib. Nazir qeyd edib ki, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir. Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar kollegiyada struktur qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.
Nazir bildirib ki, qeyd olunan problemlə əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində “ASAN imza”nın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.
Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanılıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info