Tanınmış xarici media nümayəndələri Bakıda Dağlıq Qarabağı müzakirə edəcək
Tarix: 15.10.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Mirhəsən Seyidov: “Beynəlxalq ictimaiyyət üçün həqiqətlərimizin qabardılması ən əsas istiqamətimizdir”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və reallıqlar” layihəsi çərçivəsində artıq Avropanın bir çox ölkələrindən olan media nümayəndələri və tanınmış bloqqerlərinin iştirakı təsdiqlənib. Layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrail ölkələrinin tanınmış media nümayəndələri Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan tərəfinin reallıqlarını öyrənmək məqsədi ilə səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycanın əzəli torpaqları olan Qarabağ haqqında, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə yanaşmasına dair, qaçqın və məcburi köçkünlərin problemlərinin tapdalanmış insan haqlarının beynəlxalq ictimaiyyətdə daha çox qabardılması ən əsas məqsədlərdəndir. Azərbaycanın yüksək sürətli inkişafı beynəlxalq ictimaiyyət üçün tolerant yanaşması və mövqeyi layihə çərçivəsində işıqlandırılacaq.
Səfər zamanı yerli mətbuat orqanlarının bu məsələyə yanaşması, dövlət rəsmilərinin mövqeyi, vətəndaş cəmiyyəti institutları ilə görüşlərin keçirilməsi və təcrübi həqiqətlərin öyrənilməsi üçün xüsusi səfərlər nəzərdə tutulub.
İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, beynəlxalq ictimaiyyət üçün həqiqətlərimizin qabardılması ən əsas istiqamətimizdir.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info