“Penn Energy”: “Azərbaycanın qaz istehsalçısı və ixracatçısı kimi əhəmiyyəti artır”
Tarix: 15.10.2015 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “Penn Energy” jurnalında “Azərbaycandan Cənubi Avropaya qaz satışını təmin edəcək qaz kəmərlərinin tikintisi davam edir” sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycandan Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliya istehlakçılarına təbii qaz nəql edilməsi üçün nəzərdə tutulan üç qaz kəmərinin tikintisi ilə bağlı ilkin işlərin başlanmasından bəhs edilir.
Məqalənin müəllifi Castin Barden qeyd edir ki, bu il iyun ayının axırlarında Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə qədər Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi layihəsi başlanıb, 2015-ci ilin mart ayında isə Gürcüstan-Türkiyə sərhədindən başlanan və Türkiyə ilə Yunanıstanın sərhədində başa çatan Transanadolu qaz kəmərinin tikintisinə rəsmən start verilib. 2016-cı ildə Transadriatik qaz kəmərinin tikintisinə başlanması gözlənilir. Türkiyə-Yunanıstan sərhədindən başlanan bu kəmər Yunanıstan və Albaniya ərazisindən keçməklə Adriatik dənizinin dibi ilə İtaliyadakı terminala qədər uzanacaq. Məqalədə daha sonra istehlakçı ölkələrə qaz satışının həcmi barədə məlumat verilir.
Müəllif yazır: “Azərbaycan tarixən neft hasil edən ölkə kimi məşhur olsa da, onun qaz istehsalçısı və ixracatçısı kimi əhəmiyyəti də artmaqdadır”.
Məqalədə vurğulanır ki, Avropada “Cənub” qaz dəhlizinə qoşula biləcək digər qaz kəmərləri – interkonnektorlar tikintisi barədə təkliflər də səslənir. Məsələn, Transbalkan qaz kəməri vasitəsilə Macarıstandan və Rumıniyadan keçməklə Slovakiyadan Türkiyəyə “Eastring” adlı reversiv boru kəməri inşa edilməsi təklif olunub. Ekspertlər İrandan və İraqdan Türkiyəyə və Avropaya qaz ixrac olunması imkanını da istisna etmirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Pambığın alış qiyməti artırılıb
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info