“Vətən mənə oğul desə, nə dərdim”
Tarix: 15.10.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Məmməd Araz: Bu da belə bir ömürdü” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə müstəqil Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə “İstiqlal şair” adını almış qələm sahiblərindən Xalq şairi Məmməd Arazın həyat yolundan, yaradıcılığından ətraflı söhbət açılıb.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, milli poeziyamızın görkəmli nümayəndəsi Məmməd Arazın həyat və yaradıcılığından danışıb. Alim qeyd edib ki, Məmməd Arazın şəxsiyyətini, yaradıcılığını xalqımız həmişə yüksək qiymətləndirib. Məmməd Araz xalqın, vətənin hər daşını, qayasını necə ürəklə sevirdisə, xalq da onun poeziyasını, şeirlərini həmin böyük məhəbbətlə sevir. Bildirilib ki, Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. Onun poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı valeh edib, onlara insanpərvərlik ruhu və mənəvi paklıq gətirib. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlara vətənpərvərlik və mübarizlik ruhu aşılayıb. Rektor çıxışında vurğulayıb ki, Xalq şairi Məmməd Arazın kamil, müdrik sənəti yaşayır və xalqımızın müasir inkişafına uğurla xidmət edir.
“XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrindən bəlkə də, tək-tək şairlərdən biridir ki, Məmməd Arazın yaradıcılığında Vətən sevgisi bütövdür və onun yaradıcılığında digər bütün şeirlər o sevginin tərkib hissəsidir. Məmməd Araz lirikasında elə bir şeir yoxdur ki, orada Vətən məhəbbətinin motivilərini tapmaq olmasın. Məmməd Araz şeirində “Vətən” sözü qürurla səslənir. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!”-deyən şairin şeirlərindən də aydın görünür ki, Məmməd Araz qədər öz Vətənini sevmək və onu tərənnüm etmək hər qələm sahibinə nəsib olmur!”- bu fikirləri tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Məmməd Araz poeziyasında Vətən” mövzusundakı məruzəsində səsləndirilib.
Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov “Məmməd Araz lirikası” adlı məruzəsində bildirib ki, 50 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırıb. Müxtəlif janrlı əsərlərin, şeirlərin müəllifi olan Məmməd Arazın zəngin lirikası mövzu rəngarəngliyi ilə də seçilir. Məmməd Araz dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışıb, öz əsərlərində bir sıra yeni sözlər, ifadələr işlədib. Şairin Naxçıvana həsr etdiyi onlarla şeirində onun doğulub, boya-başa çatdığı qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür.
“Məmməd Araz Azərbaycan poeziyasına yeni üslub və düşüncə, monumental bir tarix gətirib. Öz əsərləri ilə oxuculara yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, dogma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, el-obadan ayrı təsəvvür etmək çətindir”- bu fikirləri elmi konfransda tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova “Məmməd Araz yaradıcılığında “Tarix” mövzusundakı məruzəsində səsləndirib.
Sonra Tarix-filologiya fakültəsinin tələbələri, şairin şeirlərindən nümunələr səsləndiriblər.
Elmi konfransda Xalq şairinin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info