MTRŞ: “Efirdə xalqa, dövlətə lazım olan verilişlər çox olmalıdır”
Tarix: 15.10.2015 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


“Bayağı verilişlərin qapadılmasında əsas məqsəd ondan ibarətdir ki, efirdə maarifləndirici, hərbi-vətənpərvərlik proqramlarının sayı artsın. Efirin sağlamlaşdırılması istiqamətində gördüyümüz işlərin kökündə o dayanır ki, efirdə xalqa, dövlətə lazım olan verilişlərin həcmi çox olsun”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, bu gün daha çox özəl telekanalların proqram səbətində hərbi-vətənpərvərlik verilişlərinin sayı azdır: “İstər-istəməz özəl telekanallar reytinq xətrinə şouya, əyləncəyə meyl edirlər. Bu gün hərbi-vətənpərvərlik verilişləri ilə bağlı daha çox narahatlıq özəl kanallardadır. Təbii ki, onları başa düşmək olar. Özəl telekanallar pul qazanmaq üçün layihələr də hazırlamalıdır. Amma bunu əsas tutmaq olmaz. Lakin onu qeyd etməliyəm ki, ümumilikdə özəl telekanallar hərbi-vətənpərvərliklə bağlı proqramları birmənalı şəkildə kənara atmayıblar. Bu istiqamətdə iş görürlər”.
T. Dadaşov qeyd edib ki, telekanallarda bu yaxınlarda qapadılan serial və proqramların yayımlandığı vaxt Şura tərəfindən maarifləndirici, hərbi-vətənpərvərlik verilişlərinin yayımlanması tövsiyə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info