Avropa İnsan Hüquqları Məhkəməsindən dünya ermənilərinə tərs sillə
Tarix: 15.10.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Qərara əsasən, “erməni soyqırımı” narrativi tarixi fakt deyil, rəydir, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir
Dünən yerli vaxtla saat 11:45-də Strasburqda, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasında Məhkəmənin Böyük Palatasının iclası başlanıb. İclasda “Doqu Perinçek İsveçrəyə qarşı” işi üzrə AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarından İsveçrə hökumətinin apelyasiya şikayətinə dair qəti qərarı oxunub. Xatırladaq ki, o vaxt türkiyəli siyasətçi İsveçrə hökumətinə qarşı məhkəmə iddiası qaldırmışdı. İsveçrə bu işi biabırçı şəkildə uduzmuşdu. Əslində biabırçılıq girdabına yuvarlanmamaq üçün elə burada dayanmaq olardı. Amma yox, İsveçrənin hakimiyyət orqanları yerli erməni təşkilatlarının təzyiqi qarşısında aciz qaldı. Ermənilər onlara sığınacaq və bir tikə çörək vermiş ölkənin prestijinə tamamilə laqeyd olub başqasının hesabına bir daha bəxtlərini sınamağı qərara aldılar. Buna görə də onlar rəsmi Berni bezdirərək apelyasiya şikayəti verməyə məcbur etdilər, halbuki bu şikayətin uğursuz olacağı əvvəlcədən məlum idi. Aydın olmayan bir də odur ki, görəsən Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı, əslən Livandan olan britaniyalı hüquqşünas Amal Kluni 2015-ci il yanvarın 28-də AİHM-in ali şikayət orqanının iclasında üçüncü tərəf kimi Ermənistan hökumətinin maraqlarını təmsil etməyə qərar verəndə nəyə ümid bəsləyirdi? Uğursuz olacağı dəqiq bəlli olan bu işə girişməklə öz peşəkarlıq reputasiyasını təhlükə altına qoymaq nəyə lazım idi! Beləliklə, qəti qərar elan edilib, bu qərardan protest vermək artıq qeyri-mümkündür. Dünya erməniləri növbəti dəfə biabırçılığın acısını daddılar! AİHM-in Böyük Palatası İsveçrənin apelyasiya şikayətini rədd etdi və əvvəlki qərarı dəyişməz saxladı. Həmin qərar isə bundan ibarətdir ki, hüquqi müstəvidə təsdiq edilmiş Holokost faktından fərqli olaraq “erməni soyqırımı” narrativi tarixi fakt deyil, rəydir (özü də əsla ümumi və əsla yeganə rəy deyil), akademik dairələrdə bu məsələ barəsində konsensus əldə edilməyib və çətin ki, əldə ediləcək, əks fikir söyləməyə görə hər hansı cinayət təqibi isə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir. Onu da qeyd edək ki, AİHM-in çoxillik praktikasında Avropa Şurasının üzvləri olan dövlətlər tərəfindən məhkəmənin qərarlarının icra edilməməsi ilə bağlı heç bir hal olmayıb. Əks təqdirdə, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq bu, həmin dövlətin Avropa Şurasında üzvlülüyün dayandırılmasına və son nəticədə Nazirlər Komitəsinin qərarına uyğun olaraq həmin dövlətin Avropa Şurasının tərkibindən xaric edilməsinə gətirib çıxara bilər. Əgər dövlət iddia edirsə ki, qanunvericilik və ya məhkəmə praktikası dəyişdirilməsə Avropa məhkəməsi tərəfindən baxılmış vəziyyət təkrarlana bilər, onda həmin dövlət, bir qayda olaraq öz qanunvericiliyə zəruri yeniliklər edir. Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq məhkəmənin qərarlarının icrasına nəzarəti Avropa Şurası Nazirlər Komitəsi həyata keçirir. Komitə bu normanın icrası üçün həm pul şəklində kompensasiyanın vaxtında ödənilməsinə, həm də konvensiyanın iştirakçısı olan dövlətin daxili hüquq normalarının və ya məhkəmə praktikası mövqeyinin Avropa Şurası standartlarına zidd olması məhkəmənin qərarı ilə əlaqədar aşkar görünən normalara necə düzəliş etməsinə nəzarət etməlidir. Məhkəmə tərəfindən çıxarılmış hüquqi qərar yalnız iş üzrə cavabdeh dövlət üçün məcburidir. Lakin bir sıra hallarda məhkəmənin qərarlarının əhəmiyyəti milli hüdudlardan kənara çıxaraq konvensiyanın iştirakçıları olan digər dövlətlərin hüququna və məhkəmə praktikasına da təsir göstərir. Beləliklə, dünəndən etibarın İsveçrə Doqu Perinçekin təqsirkar hesab edilməsi barədə özünün əvvəlki qərarını ləğv etməli və ona tam bəraət verməlidir. Vaxtı ilə erməni təşkilatları tərəfindən təzyiqlə üzləşmiş ölkə tamamilə biabır olub və indi yəqin ki, kimlərinsə qeyri-sağlam şıltaqlıqları ucbatından Avropa Şurasından xaric olunmağa risk etməyəcək. Bir sözlə, Avropa Femidasının son qərarını hər halda yerinə yetirmək lazım gələcək. Yunanıstan da öz milli qanunvericiliyini AİHM-in qərarlarına uyğunlaşdırmalı olacaq. Bu ölkənin parlamenti təxminən bir il bundan əvvəl tələskənlik edərək Yunanıstanın qanunvericilik orqanı tərəfindən tanınmış soyqırımlarının inkar edilməsinin kriminallaşdırılması barədə qanun qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info