“1918-ci ildə Azərbaycana təkcə imperiya gücləri yox, daşnaklar da hücuma keçib”
Tarix: 15.10.2015 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


İngiltərəli alim Maykl Erdman: “Həmin daşnaklar “Böyük Ermənistan” iddiaları ilə Azərbaycanda silahlı basqınlar törədiblər, bir sıra ölkələrə qarşı ərazi iddiaları irəli sürüblər”

Ötən həftə Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirildi. Forumda gənc avropalı alimlərin dünyadakı soyqırımı faktları ilə bağlı maraqlı yanaşmaları oldu. Forumda iştirak edən alimlərdən biri isə Böyük Britaniyadan olan gənc alim Maykl Erdman idi. Onunla dünyada baş verən soyqırımları ilə bağlı araşdırmalar və digər məsələlər barəsində söhbətləşdik:
- Mən Böyük Britaniyadakı Şərqşünaslıq və afrikaşünaslıq üzrə London məktəbində doktorluğa namizədəm. Hazırda tarixşünaslıqla bağlı təhsil alıram. Mən 1930-cu illər üzrə Türkiyə və Sovetlər Birliyinin tarixini araşdırıram.
- Siz Azərbaycan tarixi haqqında nə bilirsiniz?
- Mənim öncədən dəAzərbaycan haqqında müəyən təsəvvür və bilgilərim vardı. Bu barədə müxtəlif mənbələrdən məlumatlanmışdım. Məsələn, İran, Sovetlər Birliyi və Türkiyə üzrə mənbələri bu baxımdan misal çəkə bilərəm. Məsələn, bilirəm ki, Azərbaycanın çox qədim tarixi qədim sənədlərdən də bəllidir. Məsələn, Makedoniyalı İsgəndərin bu ərazilərə hücumu ilə bağlı sənədlərdə bu barədə xatırlanır. Hətta ondan da əvvəlki dövrlərə aid mənbələrdə bu tarixi ərazilər barədə bildirilir. Bundan başqa, burada çox qədim dövlətlərin mövcud olduğu ilə bağlı tarixi bilgilər var. Həmçinin, daha sonralar ərəb türüşləri, digər yürüşlər barədə də məlumatlıyam. Bu baxımdan Azərbaycan ərazisində müxtəlif dövlətlər və imperiyaların qurulmasından da məlumatlıyam. Bir sözlə, Azərbaycan qədim dövrlərdən bəri mədəniyyətlərin kəsişdiyi, qovuşduğu bir məkan olub. Bu isə Azərbaycan əhalisinin müxtəlif tarixi məqamlarla bağlı zəngin koloritə yiyələnməsini təmin edib.
- Siz azərbaycanlılara qarşı bu ölkədə həyata keçirilən 1918-ci il və daha sonra Xocalı soyqırımları barəsində nə bilirsiniz?
- Mən Sovetlər Birliyinin qurulması ərəfəsində baş vermiş münaqişələr, silahlı toqquşmalar və Azərbaycanda müxtəlif qrupların toqquşmaları, eyni zamanda, SSRİ-nin çökməsi fonunda Qafqazda başlanan müharibələr və etnik, sosial zəmində baş verən qarşdurmalar barəsində bir qədər məlumatlıyam. Azərbaycana 1918-ci ildə təkcə imperiya gücləri yox, eyni zamanda lokal daşnak qruplarının da hücuma keçdiyi bəllidir. Həmin daşnakların “Böyük Ermənistan” iddiaları ilə Azərbaycanda və hətta, İranda da silahlı basqınlar etdiyi, bir sıra ölkələrə qarşı ərazi iddiaları irəli sürdüyü ilə bağlı da məlumatlıyam.
- Demək, siz Azərbaycana forumla bağlı səfər etməmişdən öncə də, bu ölkədə baş vermiş tarixi olaylarla bağlı maraqlanırdınız?
- Bəli, mənim tarixi araşdırmalarım qismən bu ərazini də əhatə edib. Məsələn, müsəlman Şərqində ilk müstəqil demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin 1918-1920-ci illərdəki fəaliyyəti barədə mütaliəm olub. Rəsulzadə, Ağaoğlu, Hüseynzadə, Akçura tərəfindən yazılmış məlumatları oxumuşdum ki, bu dövrdə baş verənləri anlayım. Amma müasir Azərbaycan tarixində baş verənlərlə bağlı müfəssəl məlumat almağı düşünürəm.
- Sizin bu forumdakı çıxış mövzunuz nə ilə bağlıydı?
- Mənim bu forumda mövzum və çıxışım tarixşünaslığın soyqırımı məsələlərilə bağlı mövqeyi ilə əlaqədardı. Tarixçilərin bu baş vermiş soyqırımı olaylarına dair elmi mövqeyi barədə çıxışdan söhbət gedir. Həmçinin bu soyqırımlarının elmi müstəvidə tanınması, miqyasının müəyyənləşdirilməsindən söhbət gedir. Həmçinin faktların tutuşdurulması, əks fikir və arqumentlərin müzakirəsi və tarixi müstəvidə araşdırılması da bu baxımdan önəm kəsb edir.
- Siz bu cür forumların keçirilməsinin dünya elmi və ictimaiyyəti üçün önəmini necə ifadə edərdiniz?
- Mən hesab edirəm ki, bu cür forumların keçirilməsi dünya elmi üçün çox vacibdir. Çünki bu cür forumlar nəticəsində dünyada baş vermiş tarixi olaylarla bağlı həqiqətlər üzə çıxmış olur. Eləcə də nəticədə, dünya ictimaiyyəti tarixi olayların əslində necə və hansı formada baş verdiyindən bu cür vasitələrlə xəbər tutur. Onu da deyim ki, bu cür forumlar əsasən, Böyük Britaniya, ABŞ, Almaniya kimi ölkələrdə keçirilir. Bu cür ölkələrdə tarixin dominant şəkildə anlaşılması hökm sürür. Azərbaycanda da bu cür forum və tədqiqatların aparılmas tarixlə bağlı dominantlıqtəşkil edən ideyaların yayılması baxımından olduqca təqdirəlayiqdir. Hesab edirəm ki, biz avropalı alimlər üçün də Azərbaycandakı bu cür forumlarda iştirak etmək, azərbaycanlı həmkarlarımızın araşdırma və mövqeləri barədə məlumatlı olmaq, eyni zamanda öz araşdırmalarımızı bölüşmək olduqca məqsədəuyğundur. Xüsusilə, mən çox şadam ki, Azərbaycan və azərbaycanlılar barəsində hansısa xarici mənbələrdən yox, birbaşa azərbaycanlıların özündən eşidirəm.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info