Region gəncləri İrəvan tarixini öyrənirlər
Tarix: 15.10.2015 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan – bizim qala. 2- ci mərhələ” adlı layihə icra edilib. 7- 8 oktyabr 2015 – ci ildə İsmayıllı rayonunda, 9 -10 oktyabr 2015 – ci il tarixlərində Şəki şəhərində və 12- 13 oktyabr 2015 – ci il tarixlərində Masallı rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə – baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd edib.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılıb.
Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılmışdır. Seminar -dərslər aşağıdakı mövzuları əhatə edib:
• İrəvan – qədim Azərbaycan torpağı
• İrəvan – tarixi faktlar
• İrəvanın tarixi memarlıq abidələri
• İrəvan əhalisi
• Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gəncin cəlb olunması nəzərdə tutulmuşdur.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunmuşdur. İrəvan tarixi ilə bağlı nəşr – poliqrafiya məh¬sulları iştirakçılara paylanıb. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Xatırladırıq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Ağstafa bölgələrində həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info