“Azərbaycan və Paraqvay arasında əməkdaşlıq möhkəmləndirilməlidir”
Tarix: 15.10.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Paraqvay arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır”. Bunu “Trend”ə müsahibəsində Paraqvay Milli Yığıncağının deputatı, Milli Konqresin "İmmiqrasiya işləri və inkişaf komissiyasının sədri Esmerita Sançes de Da Silva deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafı ilkin mərhələdədir və tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımlar atmalıdır.
Deputat Paraqvayın Bakıda səfirliyinin açılması imkanını istisna etməyib: “Bunun üçün iki ölkənin Xarici İşlər nazirlikləri ilə ilkin iş aparmaq lazımdır”.
O qeyd edib ki, Azərbaycan Latın Amerikası ölkələrində vətəndaş cəmiyyəti təşkilatları və diplomatik nümayəndəlikləri ilə təmsil olunub: “Azərbaycan xüsisilə Latın Amerikasında mədəniyyəti və tarixi barədə məlumatlandırma siyasətini davam etdirməlidir”.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimin Ermənistan tərəfindən mütəmadi pozulmasına gəlincə, deputat qeyd edib ki, müharibə və aqressiya hərtərəfli sülhün əldə edilməsində heç vaxt yol olmayıb və olmayacaq.
O, bir daha ölkəsinin beynəlxalq tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirib və Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə çağırıb: “Deputatlar palatasında Xocalı soyqırımı barədə işi araşdırdıq. Paraqvay xalqı da 1864-cü ildə Braziliya, Argentina və Uruqvayla toqquşmalarda qətliamla üzləşib. Ölkəmizin təcrübəsindən deyə bilərəm ki, müharibələr bəşəriyyətə fayda gətirmir. Mən Ermənistan və Azərbaycanı beynəlxalq hüquq əsasında qarşılıqlı anlaşma əldə etməyə çağırıram”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info