“Neftçi”nin yeni sponsorunun adına aydınlıq gəldi
Tarix: 15.10.2015 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Neftçi”nin yeni titul sponsorunun adına aydınlıq gəlib. Paytaxt klubunun yeni sponsoru "ASAN xidmət" olacaq. Bakı Biznes Mərkəzində təşkil ediləcək tədbirdə klubla şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Bundan sonra "ASAN xidmət" “Neftçi”nin formasında da öz əksini tapacaq. Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də “Qəbələ”yə qarşı keçiriləcək qarşılaşmaya paytaxt klubu yeni formada meydançaya çıxacaq. Yeri gəlmişkən qeyd edək ki, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov klubun idman direktoru Vəli Qasımovla birlikdə bu ilin avqust ayında Braziliyada olub. İcraçı direktor həmin vaxt Paraqvayda da bir neçə klub nümayəndələri ilə görüşdüklərini də söyləyib: “Paraqvay klubları ilə bağlı işlər hazırda da müəyyən istiqamətdə davam edir. Bir neçə klub rəsmiləri ilə görüşümüz oldu. Ancaq hələlik konkret ad çəkmək istəmirik. Real nəticə əldə olunduqdan sonra ətraflı məlumat verəcəyik”. Məmmədov Braziliyadan fərqli, Paraqvaydan oyunçu transfer etməyin çətinliyindən də bəhs edib: “Paraqvayda vəziyyət bir qədər fərqlidi. Yəni ordan futbolçu gətirmək çətindi. Çünki futbolçunun transferi üçün həddindən artıq yüksək məbləğ tələb edirlər. Bu üzdən də biz alternativ yollar axtarırıq ki, onlarla əməkdaşlıq edək. Amma elə məsələlər var ki, onlarda bizə köməkləri dəyəcək”.




 
Bölməyə aid digər xəbərlər
27.03.2019
“Real Madrid“ Beyli satmaq qərarına gəlib
26.03.2019
Mbappenin “Real”dan tələb etdiyi maaş
26.03.2019
Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib
25.03.2019
“Real“ Mbappeyə görə 280 milyon avro verməyə hazırdır
25.03.2019
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info