Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunur
Tarix: 15.10.2015 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Dünəndən etibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan “Qırmızı pik” və AF Media-Azərbaycan şirkətinin təqdim etdiyi Türkiyənin “Aşk nerede?” filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən bildirilib ki, ssenari müəllifi və rejissor Qilermo Del Toronun ekranlaşdırdığı “Qırmızı pik” filmi dəhşət, fentezi, triller, dram, melodrama və detektiv janrındadır.
Şəhər üzərində yüksələn ev hamını vahimələndirir. Qış gəldikdə ev qırmızı qan rəngli qara boyanır. Deyirlər, bu, evin qırmızı lildən olmasından irəli gəlir. Buna baxmayaraq, heç kim risk edib o evin həndəvərinə getmir, təkcə ondan başqa. Çünki o, qədim divarlar arxasında bacısı ilə yaşayan sirli insana aşiqdir. Qırmızı pik ayılıb və artıq yatmayacaq...
Filmdəki obrazları Mia Vasikovska, Cessika Çesteyn, Tom Xiddlston, Çarli Xannem, Cim Bivver, Bern Qorman, Lesli Xoup, Daq Cons, Conatan Xayd, Bryus Qrey və başqaları canlandırıblar. Semra Dündarın ssenari müəllifi və rejissoru olduğu “Aşk Nerede?” filmi romantik komediya janrındadır. Film, cəmiyyətdə özəl yeri olan və özünə uyğun biri ilə ailə qurmaq istəyən qızdan bəhs edir. Müsbət emosiya bəxş edən bu film komediyanı sevən tamaşaçıların zövqünü oxşayacaq. Filmdə baş rollara Ayça Erturan və Faik Ergin, digər rollara Eylül Öztürk, Oya Aydoğan, Kadir Çöpdemir, Doğancan Özadlı, Mustafa Şen, Leyla Üner Ermaya, Selahattin Taşdöğen, Kemal Öğün və Gönül Dostu Şener çəkiliblər.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info